TƏDQİQATLAR
A- A A+

Səməd Seyidov: “Azərbaycan gələcəyi müəyyən edən bir məkana çevrilib”

2016-03-14 09:25:32

“IV Qlobal Bakı Forumunun indiki dövrdə Azərbaycanda keçirilməsi onu göstərir ki, ölkəmiz sabitliyi, inkişafı, gələcək perspektivləri müəyyən edən bir məkana çevrilib”

Fact-info.az xəbər verir ki, bunu trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov vurğulayıb ki, bu gün dünyada gedən proseslər, qaçqınlar və köçkünlər problemi, müharibələr bu cür forumların keçirilməsinə imkan vermir: “Ona görə ki, insanlar artıq gələcək haqqında düşünə bilmirlər, onlar yalnız bugünkü problemlərin həlli istiqamətində düşünməyə məcburdurlar. Ancaq Azərbaycan belə forumları keçirmək iqtidarındadır və bu cür forumlar növbəti addımları atmaq üçün gözəl bir meydandır”. 
Komitə sədri əlavə edib ki, bu forumlar Azərbaycanın gücünü, perspektiv imkanlarını göstərir: “Yaxın vaxtda Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumunun, daha sonra bir neçə başqa forumlarını keçiriləcəyini nəzərə alsaq, Azərbaycan bu gün gələcəyin inkişafını, istiqamətini, xüsusilə Avropada, Yaxın Şərqdə gedən prosesləri müəyyən edən bir ölkəyə çevrilib. Bu nöqteyi-nəzərdən IV Qlobal Bakı Forumunun qiyməti çox yüksəkdir və ildən-ilə gələn qonaqların həm səviyyəsi, həm sayı, həm də nüfuzu həddən artıq böyükdür. Nəzərə alsaq ki, bu forumda Prezident İlham Əliyevin çıxışı dünyada gedən proseslərlə bağlı istiqamətverici, proqram bir çıxış kimi qiymətləndirilə bilər”. 
S.Seyidov bildirib ki, forumun əhəmiyyəti ikiqat artıqdır: “Əminəm ki, forumda müzakirə edilmiş məsələlər, qaldırılmış problemlər dünya ictimaiyyətinin daim diqqətində olacaq”.

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 473

QHT və MEDİA

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...