2022-02-01 11:40:37 | MƏDƏNİYYƏT
“Şuşa mədəniyyətinin inciləri”

Mədəniyyət Nazirliyi “Şuşa mədəniyyətinin inciləri” layihəsini həyata keçirir. Layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi münasibətilə reallaşdırılır.

Nazirlikdən bildirilib ki, layihənin “Şuşanın simaları” bölməsi üzrə ilk təqdimatı bu il 190 illiyi qeyd edilən tanınmış şairə, ictimai xadim, xeyriyyəçi Xurşidbanu Natəvana həsr olunub.

Xurşidbanu Natəvan 1832-ci ildə Azərbaycanın dilbər guşəsi, qədim mədəniyyət mərkəzi Şuşada dünyaya göz açıb. Xuşidbanu ilk təhsilini dövrünün alim və sənətkarlarından alıb. Doğma dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrənib, klassik poeziyanın incəliklərinə dərindən yiyələnib.

Bədii yaradıcılığı XIX əsrin təxminən 50-ci illərindən başlayan Xan qızı əvvəl “Xurşid”, sonra isə “Natəvan” təxəllüsü ilə aşiqanə şeirlər qələmə alıb. Müəllifin Şuşanın əsrarəngiz təbiətindən ilhamlanaraq yazdığı bədii nümunələr hələ sağlığında dillər əzbəri olub. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərib.

Yaradıcılıqla yanaşı, xeyriyyəçiliyi ilə də seçilən Natəvan bütün xərclərini öz üzərinə götürərək 1864-cü ildən Şuşanın bir qrup şairindən ibarət “Məclisi-üns” ədəbi məclisə rəhbərlik edib. O, həmçinin 1873-cü ildə Şuşaya içməli su kəməri çəkdirib. Şuşadakı Xan qızı bulağı tanınmış şairənin xeyir əməllərinin sübutlarından biridir.

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunub.

44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa ediləndən sonra ermənilər tərəfindən xaricə satılarkən Azərbaycan dövlətinin ölkəmizə qaytardığı Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı 270 yaşlı Şuşa şəhəri dirçəlir. 28 illik işğal zamanı erməni vandalizminə məruz qalmış qədim şəhərimizdəki tarixi abidələrimiz bərpa olunur, Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində ötən il “Xan qızı” bulağı bərpa edilib.

Baxış sayı : 272
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb