2022-01-25 19:10:39 | MÜSAHİBƏ
Tanınmış mədəniyyət işçisi, rəssam, heykəltaraş Rafiq Quliyev Mədəniyyət Nazirliyində gedən proseslərlə bağlı mövqeyini açıqlayıb

Tanınmış mədəniyyət işçisi, rəssam, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Elmi -Metodiki və İxtisasartırma Mərkəzinin keçmiş şöbə müdiri Rafiq Quliyev uzun müddət çalışdığı nazirliklə bağlı narazılığını bildirib. Biz qarşı tərəfində fikirlərini dinləməyə hazır olaraq Rafiq müəllimin mövqeyini təqdim edirik.

-Mən 40 il Mədəniyyət Nazirliyində çalışmışam. Bu dövr ərzində ləyaqətlə Azərbaycan mədəniyyətinin inkişafına xidmət etmişəm. Rəssam kimi, heykəltaraş kimi, yaradıcı insan olaraq bu sahənin inkişafına öz töhfəmi vermişəm. Mən gördüyüm işləri bir-bir sadalamaq istəmirəm. Bütün bunları görmək üçün sadəcə bir az diqqətli olmaq lazımdır. Bundan əlavə mən qarabağlı olaraq hər zaman Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq üçün çalışmışam. Bütün yaradıcılığımda, əsərlərimdə, mediaya verdiyim müsahibələrdə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək ölkəmizin təbliğatı ilə məşğul olmuşam. Bu məsələlər daha dinamik və peşəkar səviyyədə mənim tərəfimdən həyata keçirilmişdir. Gecə-gündüz Azərbaycan mədəniyyəti üçün çalışan bir insan qarşı görün, Mədəniyyət Nazirliyi nə etdi? Mənim 65 yaşım tamam olan kimi çalışdımdığım bu qurum hansı mədəniyyətsizliyə yol verdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Elmi -Metodiki və İxtisasartırma Mərkəzinin rəhbərliyinin göstərişi ilə çox kobud şəkildə pensiya adı ilə məni 40 il çalışdığım idarədən uzaqlaşdırdılar. Bütün bunlar ömrünü mədəniyyətin inkişafına həsr edən, Azrbaycan mədəniyyətinə töhfələr verən mənə qarşı kobud, qeyri peşəkar hərəkət idi. Əvvəla bu sahə üzrə mütəxəssisəm. Bu sahənin bütün incəliklərinə qədər bilirəm Mənim təcrübəmdəm yararlanmaq olardı. İkincisi, insanı təqaüdə göndərərkən elementar qaydalar var, ona riayət etmək lazımdır. Hər kəsin əməyi qiymətləndirilməlidir. Təcrübəli insanların təcrübəsindən yararlanmaq lazımdır. Çox həssas olan yaradıcı insanlara qarşı belə münasibət qəbul oluna bilməz.

Nəhayət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində mədənəyyətə aid mütəxəssislər çalışmalıdır. Problemin kökündə bunlar durur. Bu gün araşdırsaq görərik ki, mədəniyyətə aid olmayan şəxslər gəlib bu sahədə yerləşiblər. Həmin şəxslərdə mədəniyyətlə bağlı anlayış yoxdu. Bütün bu amillər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nüfuzuna zərbə vurur. Nazirliyin rəhbərliyi bunun fərqində olmalı və buraxılmış səhvlər aradan qaldırılmalıdır. 40 ildən artıq mədəniyyət sahəsinə xidmət edən mütəxəssis olaraq bütün bunlar mənim ürəyimi ağrıdır. Bütün bu faktorlar bu sahənin mütəxəsssislərini Mədəniyyət Nazirliyindən uzaq düşməsinə gətirib çıxarır.

Rafiq Quliyev daha sonra qeyd edərək bildirib ki, ölkəmizdə gedən bütün inkişaf proseslərini bir ziyalı olaraq izləyirik. Bütün uğurlara görə sevinirik. Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Xalqımızın bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng və zəngindir. Bu zəngin mədəni irsin qorunması və təbliği müstəqil Azərbaycan dövləti tərəfindən davamlı olaraq dəstəklənir. Bu gün mənim də istəyim odur ki, 40 ildən artıq çalışdığım Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Elmi -Metodiki və İxtisasartırma Mərkəzinə nəhayət o sahəni bilən, mədəniyyətlə bağlı insanlar rəhbərlik etsin. Bir sözlə qeyri peşəkarlar bu sahədən uzaqlaşdırılmalıdır. Cənab nazir Anar Kərimovun həyata keçirdiyi islahatlar Mədəniyyət Nazirliyi Elmi -Metodiki və İxtisasartırma Mərkəzində effektli şəkildə davam etməlidir.

Fact-info.az

Baxış sayı : 1246
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir