2022-01-21 09:15:54 | QHT VƏ MEDİA
Əcnəbi media 20 Yanvar faciəsi barədə yazıb

Kolumbiyanın nüfuzlu xəbər agentliklərindən “LaOtraCara” portalında tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxonun 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Azadlıq uğrunda iztirablar” başlıqlı məqaləsi dərc olunub.

Yazıda 1990-cı ilin 19 yanvar tarixindən 20-ə keçən gecə Sovet İttifaqının o vaxtkı rəhbəri, müəllifin “saxta sülhpərvər” adlandırdığı Mixail Qorbaçovun göstərişi ilə 26 minlik sovet qoşununun Bakıya daxil olaraq arasında qadınlar və uşaqlar da olmaqla dinc əhaliyə qarşı qətliam törətdiyi bildirilir.

Müəllif silahsız mülki insanlara qarşı tanklardan və ağır silahlardan istifadə olunduğu “Qara Yanvar” faciəsinin Azərbaycan xalqına qarşı öncədən, soyuqqanlı şəkildə planlaşdırılmış hərbi əməliyyat olduğu, bu zaman törədilmiş cinayətlərin mötəbər beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında da öz əksini tapdığını qeyd edir, bu hərbi müdaxilənin əsas sifarişçisinə isə sonradan “qlobal fırıldaq” məhsulu olaraq Nobel Sülh mükafatı verildiyini kinayəli şəkildə vurğulayır.

Sonda müəllif bütün günahsız insan qətlləri, tökülən qanlar və törədilmiş vəhşiliklərin əks təsirə səbəb olduğunu, Azərbaycan xalqının 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bərpa etdiyini və bu gün Azərbaycanın durmadan tərəqqi yolunda irəlilədiyi və bəşəriyyətə öz töhfələrini verdiyini bildirir.

https://laotracara.co/nota-ciudadania/el-dolor-de-la-gloria/

Baxış sayı : 270
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub