2022-01-13 10:15:23 | AKTUAL
Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır

Ermənistan yenə də dövlət sərhədi boyunca təxribatlar törətməklə regionda sülh və sabitliyin bərqərar olmasına əngəllər yaradır.

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat vurğulayıb ki, Ermənistan məqsədyönlü şəkildə bu cür hərbi təxribatara əl atır.

“Bütün bunlar Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdidir. Ermənistan vəziyyəti gərginləşdirməklə 10 noyabr bəyanatının, eləcə də ondan sonra üçtərəfli formatlarda əldə olunan razılaşmaların yerinə yetirilməsini ləngitməyə cəhd edir. Ermənistan eyni zamanda çalışır ki, bu cür təxribatlar törətməklə Azərbaycanı da cavab tədbirləri görməyə təhrik etsin və gərginliyin miqyasını artırmaqla Azərbaycanı günahlandırsın.

Əlbəttə, Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və layiqli cavab verilib. Ermənistan unutmamalıdır ki, onun heç bir təxribatı cavabsız qalmayacaq və daha ağır itkilərə məruz qalacaq”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, ötən il Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə üçtəfəli Soçi görüşünün, eyni zamanda Azərbaycan Prezidenti, Avropa İttifaqı Komissiyasının Prezidenti və Ermənistan baş nazirinin iştirakı ilə baş tutan Brüssel görüşünün nəticələri göstərdi ki, Ermənistanın təxribatçı mövqeyi dünya birliyi tərəfindən qəbul edilmir və beynəlxalq ictimaiyyət regionda Azərbaycanın Vətən müharibəsində qələbəsi nəticəsində yaranmış yeni reallıqları qəbul edərək sülh və əməkdaşlığın tərəfdarıdır.

“Lakin Ermənistan öz işğalçılıq və pozuculuq siyasətini davam etdirərək yenə də təxribatlara əl atır, sülhə təhdidlər yaradır. Lakin Ermənistan hər dəfə daha da ağır duruma düşür, Azərbaycan Ordusu tərəfindən adekvat cavab alaraq geri çəkilməyə məcbur olur. Ermənistan tərəfi, əslində, vəziyyəti gərginləşdirməkə özünü daha ağır duruma salır. Bundan əvvəlki təxribatların da nəticələri hər kəsə məlumdur. Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrında Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır”, - deyə deputat vurğulayıb.

A.Həsənova qeyd edib ki, bu gün Ermənistan dərin siyasi və sosial-iqtisadi böhran içərisindədir. “44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Ermənistansda hökm sürən böhran daha geniş miqyas alıb. Azərbaycan dəfələrlə bəyan edib ki, müharibədən sonra regionda yeni vəziyyət yaranıb və Ermənistan da yeni yaranmış vəziyyətdə əməkdaşlıqdan faydalana bilər. Lakin Ermənistan tərəfi yeni yaranmış əməkdaşlıq mühitindən faydalanaraq böhrandan çıxmaq əvəzinə növbəti təxribatlara əl atır. Ermənistan anlamaq istəmir ki, bu gün onun kritik durumdan yeganə çıxış yolu Azərbaycanla əməkdaşlıq etməkdən, yeni yaranmış imkanlardan fayadalanmaqdan keçir. Bunun əksi Ermənistan üçün yaxşı heç nə vəd etmir”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Baxış sayı : 421
Azərbaycan Milli QHT Forumu X Qurultayı ilə əlaqədar tədbirlər davam edir Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur - Video Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq "Dastana dönən şəhid" filminin təqdimatı olub YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: “Bərpa” vandalizm aktı idi (ikinci yazı) Türkiyə ilə Ukrayna arasında mühüm saziş imzalandı “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb