MƏDƏNİ
A- A A+

UNESCO-da Azərbaycan kəlağayısının təqdimatı olub

2016-03-08 10:50:51

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə milli baş geyimimiz olan kəlağayının bu təşkilatda təqdimat və satış mərasimini təşkil edib

Daimi nümayəndəliyin rəhbəri Anar Kərimov Azərbaycanda ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri olan kələğayı sənəti haqqında məlumat verib. O, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatılrladıb.

A.Kərimov bildirib ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir.

Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olduğu diqqətə çatdırılıb.

Sonra A. Kərimov kəlağayı sənəti haqqında daha geniş məlumat vermək üçün sözü azərbaycanlı dizayner Mənzər Hacıyevaya verib.

Mənzər Hacıyeva UNESCO-nın qərargahında Azərbaycanın mədəni irsini təmsil etdiyindən şərəf duyduğunu vurğulayib. O, Nyu-York Universitetində, Parsons Dizayn Məktəbində və Parisin Studio Berçot məktəbində təhsil almağına və Michael Kors, Zac Posen, Narciso Rodrigues və Lanvin kimi məşhur brendlərin dizayn sturdiyalarında işləməsinə baxmayaraq, ilham mənbəyinin Azərbaycanın sənətkarlıq beşiyi olan qədim Şəki şəhəri olduğunu bildirib.

2012-ci ildə yaranan “Mənzər Hacıyeva” geyim və aksesuar brendinin konsepsiyası sadədir: köhnə ilə yeninin, ənənəvi və müasir istehsal üsullarının incəliklə birləşdirilməsi.

Şəki şəhərində olan kəlağayı emalatxanalarında iş prosesini əks etdirən videoklip göstərilib.

M. Hacıyeva bütün kəlağayıların, eləcə də digər baş geyimlərinin əl işi olduğunu və videoda göstərilən emalatxanada istehsal edildiyini bildirib. Qeyd olunub ki, kəlağayıların naxış və rənglərinin hər birinin xüsusi mənası var. Qırmızı rəng toy, qara rəng isə yas mərasimində yaşlı qadınlar tərəfindən baş geyimi kimi istifadə olunur.

 İlk kolleksiyasında XIX əsr Quba kilimlərinin ənənəvi elementlərindən ilhamlandığını bildirən M. Hacıyeva ikinci kolleksiyasını Xəzər dənizinə həsr etdiyini, kəlağayıya yeni nəfəs vermək istəyində olduğunu diqqətə çatdırıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 971

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...