TƏDQİQATLAR
A- A A+

“Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi oldu

2016-03-07 20:15:46

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin akt zalında Xocalı soyqırımının canlı şahidi olan Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib

Tədbirdə millət vəkilləri, dövlət məmurları, Xocalı sakinləri və KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, kitabda Xocalı faciəsi zamanı Azərbaycan qadının başına gətirilən dəhşətlərdən söhbət açılsa da, əslində bu nəşr ermənilərin iç üzünü, qəsbkarlığını, vəhşiliyini, qəddarlığını bir daha faktlarla sübut edir, oxucuya çatdırır. Həmçinin, bu nəşr bir daha Xocalıda azərbaycanlılara qarşı törədilmiş qətliamı hər kəsə çatdıracaq.
Vurğulanıb ki, Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi baxımdan qiymətləndirilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir çox ölkələrdə yüzlərlə könüllü uğurlu tədbirlər həyata keçirir. Kampaniyaya bir töhfə olan bu kitab vasitəsilə də türkdilli ictimaiyyət Xocalıda baş verən hadisələrlə daha da yaxından tanış olacaq və faciənin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərəcək.
Millət vəkili Qənirə Paşayeva mərasimdə çıxış edərək kitab haqqında fikirlərini bölüşüb: “Bu kitab bəşəriyyətin ən qəddar faciələrindən olan Xocalı soyqırımının ədalətli cavab alması üçün görülən məqsədyönlü tədbirlərdən biri hesab oluna bilər. Çünki həmin gecə erməni vandalları tərəfindən dinc əhaliyə olunan amansızlığı bir şahidin dilindən eşitmək daha təsirlidir. Bu gün başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla, ədalətin bərqərar olunması məqsədi ilə dünya əhəmiyyətli tədbirlər görülür. Ölkələrdə fəaliyyət göstərən nümayəndəliklər faciənin dünyada yayılması məqsədi ilə müntəzəm olaraq, layihələr gerçəkləşdirir. Biz daim birlik-bərabərlik içində çalışmalıyıq və bir-birimizə dəstək olmalıyıq. Hesab edirəm ki, Dürdanə xanımın həyata keçirdiyi bu layihə də haqq səsimizin ucaldılmasında uğurlu nəticələr verəcək. Mən bu kitabın ərsəyə gəlməsində əməyi olan qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, kitabın digər dillərdə nəşr olunacaq nüsxələrinin təqdimat mərasimini Xocalıda keçirmək nəsib olar”.
Tədbirdə çıxış edən Azərbaycanın Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı kitabın Xocalı soyqırımının unudulmaması məqsədi ilə həyata keçirilən əhəmiyyətli layihə olduğunu vurğulayıb: “Xalqımızın erməni daşnaklarının amansızlığına məruz qalmasını 24 ilə sığışdıra bilmərik. Bu tarix 250 ilə bərabərdir. Biz heç bir günahımız olmadan təcavüzün qurbanına çevrilmişik. Bu, həmin dəhşətli anların sadəcə kitab halına salınmış variantı deyil, bir qadının dilindən yazılmış həyat hekayəsidir. Bunun təsir gücünü yüksək qiymətləndirmək lazımdır. Tədbir “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, professor, Xocalı ağsaqqallarından Mübariz Allahverdiyev, Xocalı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Ramilə Xudayarova, milli qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova və digər qonaqların çıxışları ilə davam etdi.
Kitabın müəllifi Dürdanə Ağayeva çıxış edərək, xocalıları öz xatirələrini qələmə almağa dəvət etdi: “Bu bizə ağır da olsa, etməliyik. Xocalı üçün, Qarabağ üçün bunu etmək borcumuzdur. Gələcək nəsillərimizin ermənilərlə mübarizəsi naminə bu vacibdir”.

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1287

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...