2022-01-02 10:30:25 | MƏDƏNİYYƏT
Əcnəbi media Nizami Gəncəvidən yazıb

Kolumbiyanın nüfuzlu xəbər agentliklərindən “LaOtraCara” portalında tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxonun dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Böyük Nizami Gəncəvi – bəşəriyyətin nəhəngi” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, yazının girişində dahi Nizaminin həyatı və doğulduğu Gəncə şəhərinin Azərbaycanın ən önəmli ictimai-siyasi və mədəni mərkəzlərindən biri olması haqda məlumat verilir.

Şairin yaradıcılığından danışan müəllif, dahi söz ustasının 20 minə qədər nəzm nümunəsi yaratdığını bildirir və bu misralarda, eləcə də “Xəmsə”yə daxil olan poemalarda toxunduğu bəşəri mövzuların və qələmə aldığı dərin fəlsəfi fikirlərin bu gün də dünya ədəbiyyatında öz təsirini qoruyub saxladığını qeyd edir.

“Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” kimi əsərlərin ədəbi-bədii önəmindən bəhs edən müəllif, N.Gəncəvinin bu əsərlərlə Şərq ədəbiyyatına misilsiz töhfələr verdiyini və istər müasirlərinin, istərsə də xələfləri olan şairlərin yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərdiyini diqqətə çatdırır.

Sonda UNESCO tərəfindən dünya ədəbiyyatı və mədəniyyətinin ən parlaq simalarından biri kimi qəbul edilən N.Gəncəvinin 800 illik yubileyi münasibətilə başa çatmaqda olan ilin Azərbaycanda “Nizami Gəncəvi İli” kimi qeyd olunduğu deyilir.

Baxış sayı : 443
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub