İQTİSADİ
A- A A+

“Fransa şirkətlərinin işğal olunmuş ərazilərdə fəaliyyəti qəbuledilməzdir”

2016-03-07 09:30:37

İqtisadiyyat naziri Şahin Mustafayev Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ilə görüşüb.

Azərbaycan-Fransa iqtisadi əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini vurğulayan nazir ölkələrimizin ticarət, investisiya qoyuluşu, eləcə də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və s. layihələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hazırda Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir. Qeyd olunub ki, Fransa Şirkətlər Hərəkatının may ayında ölkəmizə nəzərdə tutulan səfəri zamanı nümayəndə heyətində çoxsaylı fransız şirkətlərinin təmsil olunması da iş adamları arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək. 

Ş. Mustafayev Fransanın bəzi şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyətinin qəbuledilməz olduğunu vurğulayıb. 

Səfir Cənubi Qafqazda Fransanın mühüm tərəfdaşlarından olduğunu, ölkəsinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Diplomat hazırkı iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirib, Fransa şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. (Azadinform)

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 825

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...