2021-12-28 09:25:36 | MƏDƏNİYYƏT
Şəhid general-mayor Polad Həşimov haqqında yazılmış kitab

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xatirəsinə ithaf etdiyi “Qəbələ keçmişdə və günümüzdə” kitabının təqdimat mərasimi keçirilib.

Azərkitab” kitab mərkəzində Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının aparıcılığı ilə kitabın təqdimatı keçirilib.

Professorlar Abid Tahirli və Şirindil Alışanov kitabın məziyyətləri, müəllifin çoxşaxəli və məhsuldar elmi fəaliyyəti haqqında danışıblar. Alimlər Qəzənfər Paşayevin bu yeni əsərindəki ümumazərbaycan aspektini və İraq-Türkman adət-ənənələri, mədəniyyəti ilə səsləşmələrə dair misalları vurğulayıb, Əməkdar elm xadiminin etnoqrafik yaddaşa müraciət etdiyini bildiriblər.

Abid Tahirli və Şirindil Alışanov Qəzənfər Paşayevin yeni monoqrafiyasının “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası”, “Qəbələ folkloru” işığında müəllifin təəssüratlarını, qənaət, fikir və ideyalarını ehtiva etdiyini deyiblər. Monoqrafiyada Qəbələnin eramızdan əvvəlki dövrdən zəmanəmizədək uzanan zəngin tarixinə ekskurs edildiyini vurğulayan natiqlər tarixin hər birinin minillikləri əhatə edən qədim Paleolit, Mezolit, Neolit, Enepolit, Tunc, Dəmir dövrlərinin səciyyəvi özəlliklərindən də bəhs olunduğunu bildiriblər.

Milli Məclisin deputatları – Qənirə Paşayeva, Vüqar İskəndərov, Arzu Nağıyev professor Qəzənfər Paşayevin öncəki əsərlərinə, özəlliklə məşhur “6 il Dəclə-Fərat sahillərində” kitabına istinad edib, yeni əsərini də axarlı üslubda yazdığını, çoxsaylı faktları oxucunu yormadan maraqlı bir şəkildə təqdim etdiyini vurğulayıblar. Əsərdə Qəbələnin etnoqrafiya dünyasının ümumazərbaycan etnoqrafiyası kontekstində gündəmə gətirildiyini və tədqiqat süzgəcindən keçirildiyini deyiblər. Onlar, kitabın bir fəslinə ad verildiyi kimi “Bitib-tükənməyən incilər xəzinəsi”ndə insana beşikdən qəbrədək yol yoldaşı olan şifahi xalq ədəbiyyatının hərtərəfli araşdırıldığını söyləyiblər.

Şəhid general-mayor Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım Həşimova oğlunun şərəfinə yazılmış kitaba və təqdimata görə Qəzənfər Paşayevə, onu ayaqüstü qarşılayan və alqışlayan bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib, ürək sözlərini söyləyib.

Çıxış edən digər natiqlər müəllifin elmi-pedaqoji və ədəbi fəaliyyəti və yaradıcılıq uğurları haqqında ürək sözlərini bölüşüblər.

Çıxışlarda monoqrafiyanın təkcə mütəxəssislər üçün deyil, eləcə də tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucular üçün maraqlı olacağı deyilib.

Professor Elçin İsgəndərzadə Qəzənfər Paşayevə “Uluslararası Ödül Komitəsi” adından “Altın medal”, “Fəxri akademik” diplomu və cübbəsi, “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli və Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar isə “Fəxri fərman” təqdim edib.

Sonda kitabın müəllifi, Əməkdar elm xadimi Qəzənfər Paşayev çıxış edərək, onun yaradıcılığına, təqdimata görə təşkilatçılara, çıxışçılara və bütün iştirakçılara təşəkkür edib. Q.Paşayev Polad Həşimovun əziz ruhuna ithaf etdiyi “Qəbələ keçmişdə və günümüzdə” kitabının yazılma səbəbi, ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin xalqımızın tarixinə, respublikamızın, o cümlədən bölgələrin inkişafına xüsusi töhfələrindən, Vətən müharibəsindəki tarixi Zəfərdən danışıb.

Sonra müəllif kitabını iştirakçılar üçün imzalayıb.

Qeyd edək ki, bu ilin sentyabrında “Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab Ümummilli Liderin “Qəbələnin şərəfli keçmişi, gözəl gələcəyi vardır”, ölkə Prezidenti İlham Əliyevin “Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük”, sözləri ilə açılır. Monoqrafiyanın redaktoru tarix elmləri doktoru akademik Nərgiz Axundova, “Ön söz”ün müəllifi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, rəyçisi filologiya elmləri doktoru professor Abid Tahirlidir.

Baxış sayı : 632
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub