2021-12-23 08:25:14 | MƏDƏNİYYƏT
Yunus Əmrə Zirvəsi

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük türk şairi Yunus Əmrənin 780 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Din Xidmətləri müşaviri Zəki Yavuz Yılmaz, Bakı Yunus Əmrə İnstitutunun müdiri Səlcuq Karakılıç, TİKA-nın Bakı koordinatoru Fatih Yılmaz və başqa ziyalılar iştirak ediblər.

Konfransı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, Azərbaycanda ölkəmizin Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Nizami Gəncəvi ili" keçirilir, qardaş Türkiyə Cümhuriyyətində isə Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın Sərəncamı ilə 2021-ci il "Yunus Əmrə və türkcə ili" kimi qeyd edilir: "Biz Ədəbiyyat İnstitutu olaraq iyul ayının 12-də Ankarada Yunus Əmrə zirvə toplantısında təmsil olunmuşuq. İl boyu Elmlər Akademiyasında Yunus Əmrə tədbirləri keçirilib, tədqiqatlar aparılıb, məqalələr çap olunub. Biz də özümüzə borc bilirk ki, Yunus Əmrə irsinin tədqiqinə öz töhfəmizi verək. Bunlardan birincisi Ədəbiyyat İnstitutunun çap etdiyi "Ədəbiyyat tarixi" kitabında ilk dəfə olaraq Yunus Əmrə haqqında ayrıca oçerk verməyimiz, ikincisi isə Yunus Əmrənin "Divan"ını çap etməyimizdir. Yunus Əmrənin "Divan"ı Türkiyədə bir neçə dəfə çap olunub. Biz bu nəşri hazırlayarkən şairin 417 şeirini Əbdülbaqi Gölpınarlının, Mustafa Tatçının, Fatih Köksalın hazırladığı variantlara və Vatikan nüsxəsinə əsasən çap etmişik. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun çap etdirdiyi kitab XIII əsr Türk şairi Yunus Əmrənin Türkiyədə müxtəlif illərdə çap olunmuş divan nəşrlərindən istifadə olunmaqla tərtib olunub. Hesab edirəm ki, Yunus Əmrə konfransını keçirmək, kitabını təqdim etmək bizim min illərdən gələn qardaşlığımızın, birliyimizin Yunus Əmrə işğında bir daha bəyan olunması deməkdir".

Sonra Türkiyənin Azərbaycandakı Səfirliyinin Din Xidmətləri müşaviri Zəki Yavuz Yılmaz çıxışında səfir Cahit Bağcının salamlarını çatdırıb. O bildirib ki, 2021-ci il "Yunus Əmrə və türkcə ili" elan edilib və bu, çox əlamətdar hadisədir. Çünki Yunus Əmrə Anadolu irfanının qurucularındandır. Bakı Yunus Əmrə İnstitutunun müdiri Səlcuq Karakılıç çıxışında vurğulayıb ki, Yunus Əmrə "Divan"ı Azərbaycanda nəşr edilib və bunun bənzəri olaraq Nizami Gəncəvinin əsərlərindən biri Türkiyədə çap olunacaq.

TİKA-nın Bakı koordinatoru Fatih Yılmaz çıxışında bildirib ki, Türkiyə ilə Azərbaycan arasında "bir millət, iki dövlət" anlayışına dayanan birliyin və qardaşlığın təməlində ortaq dil, tarixi bağlarımız dayanır. Türk dili və mədəniyyətinin ən önəmli şəxsiyyətlərindən olan böyük türk şairi Yunus Əmrə və Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvi bu birlik və qardaşlığı ən gözəl şəkildə təmsil edən şəxsiyyətlər sırasındadır.

Konfransda filologiya elmləri doktoru, professor Məmməd Əliyev "Yunus Əmrə şeirinin poetikası", filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova "Yunus Əmrə şeirlərində insanın özünü dərki", Rəcəb Tayyib Ərdoğan Universitetinin professoru Orhan Kamal Tavukçu "Yeni bəlgə və bilgilər işığında Yunus Əmrə", Sakarya Universitetinin professoru Haşım Şahin "Yunus Əmrə sözünün gücü", filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyeva "Yunus Əmrə və folklor" adlı məruzələrlə çıxış ediblər.

Baxış sayı : 402
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub