MÜSAHİBƏ
A- A A+

”Qarabağ münaqişəsinin həlli Aİ-nin gündəliyindədir”- Federika Moqerini

2016-03-05 09:25:18

“Dağlıq Qarabağ yarası indiyədək Azərbaycan və Ermənistanı bir-birindən ayırmaqdadır

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqının gündəliyindədir və təşkilat öz xüsusi nümayəndəsi vasitəsi ilə prosesi müşahidə edir”. Fact-info.az saytı "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini öz bloqunda Bakı və İrəvana səfərlərinin yekunları ilə bağlı açıqlamasında qeyd edib.

 "Mən Azərbaycan və Asiya arasında körpü olan Azərbaycan və Ermənistandan yenicə qayıtmışam. Bu iki dövlət çətinlik və ziddiyətlərə baxmayaraq kövrək demokratiyanı möhkəmləndirməyi davam etdirir. Mən səfər zamanı Avropa İttifaqı üçün mühüm tərəfdaş olan ölkələrin təkcə hökumətləri ilə deyil, həm də vətəndaş cəmiyyəti və QHT nümayəndələri ilə görüşdüm", - deyə ali nümayəndə qeyd edib.

Moqerininin sözlərinə görə, Bakıya səfər Cənubi Avropada enerji təhlükəsizliyi üçün başlıca əhəmiyyət kəsb edən böyük layihə - Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında iştirak edib.

 "Eyni zamanda, bu layihə strateji cəhətdən mühüm regionda qarşılıqlı fəaliyyət potensialının dərinləşdirilməsi və genişləndirilməsi baxımından layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Bakıda mən, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdüm və onlarla regionda, eləcə də İran, Türkiyə və Rusiyadakı vəziyyəti müzakirə etdim. Biz, həmçinin Azərbaycan-Aİ münasibətlərinə də toxunduq",- deyə diplomat bildirib.    


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1172

QHT və MEDİA

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...