MƏDƏNİ
A- A A+

"Qarabağ bölgəsinin xalçaçılıq tarixi" kitabı

2016-03-04 09:30:10

Təqdimat

Azərbaycan Milli Elmlər Akademiyasında "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin rəhbəri, Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru Vidadi Muradovun Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş "Qarabağ bölgəsinin xalçaçılıq tarixi" adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qarabağ xalçaçılıq məktəbinin tarixindən bəhs edən nəşrin əhəmiyyətindən danışıb. 
Azərbaycanda xalçaçılıq ənənələrinin qorunduğunu və xalça sənəti özünün yeni inkişaf dövrünü yaşadığını bildirən akademik İsa Həbibbəyli ölkəmizdə bu sənətin öyrənilməsində, inkişafında, və dünyada təbliğində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. 
Akademik İsa Həbibbəyli xalçaçılıq sənətimizin geniş miqyasda təbliğ olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək dəyərləndirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, təqdim olunan kitab "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı elmi fundamental layihənin davamıdır. Burada Qarabağın tarixi inkişafı nəzərdən keçirilir, bölgədə toxunan xalçaların ümumi xarakteristikası, xalçalar, xalça tacirləri, həmçinin boyaqçılar barədə məlumatlar və fotoşəkillər təqdim olunur, toxunan əsas xalça nümunələri, onların üzərindəki elementlərin semantikasından söz açılır.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA və "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin birgə layihəsi olan kitabda Qarabağ bölgəsinə daxil olan Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Tərtər, Xankəndi, Xocalı, Xocavənd, Zəngilan rayonlarının 378 xalçaçılıq məntəqəsini əhatə edən ekspedisiya materialları öz əksini tapıb. Kitaba bölgənin inzibati-siyasi, etnik və sosial-iqtisadi tarixi, həmçinin xalçaçılıq tarixi, burada toxunan xalçaların üzərində öz əksini tapmış əsas simvollar haqqında oçerklər də daxildir. Burada toxunmuş XIX-XX əsrlərə aid 415 xovlu və xovsuz xalçaların, xalça məmulatlarının rəngli fotoşəkilləri Qarabağ xalçalarının texniki, bədii, üslubi rəngarəngliyini əks etdirir.

Tədbirdə çıxış edən akademiklər Teymur Bünyadov, Rafael Hüseynov, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və başqaları Qarabağın xalçaçılıq tarixindən bəhs edən nəşri yüksək dəyərləndirib, qədim xalçaçılıq sənətimizin beynəlxalq səviyyədə təbliğinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, kitab milli, mədəni, elmi, tarixi və siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Maddi-mənəvi sərvətimiz olan xalçaçılıq sənəti dövlətimizin diqqət və qayğısı sayəsində qorunur, inkişaf edir.

Sonda kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov tədbirin təşkilatçılarına və iştirakçılarına, həmçinin kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib.

 Tədbirdə Milli Məclisin deputatları, bölgənin icra hakimiyyətlərinin nümayəndələri, elmi ictimaiyyət və KİV təmsilçiləri iştirak ediblər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 747

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...