2021-12-17 10:40:15 | MƏDƏNİYYƏT
Qobustan qoruğunda “Sərhədsiz musiqi” tədbiri

Qobustan Milli Tarix-Bədii Qoruğunda “Sərhədsiz musiqi” (Musik Without Frontiers) adlı tədbir keçirilib.

Tədbir çərçivəsində məşhur italyan dj Donato Papadia (Papa DJ) musiqi proqramı ilə çıxış edib. O, hətta Qavaldaş üzərində də öz məharətini göstərib.

DJ-yi yerli musiqiçilər, o cümlədən Qədim Milli Musiqi Alətləri Ansamblı müşayiət edib. Müasir elektron musiqi ilə milli etno-folklorun sintezi unudulmaz təəssürat yaradıb. Şou üçün fon rolunu ibtidai insanların 20 min illik tarixə malik qədim yaşayış məskəni oynayıb.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kuzmenko PR & Events” beynəlxalq agentliyi tərəfindən təşkil olunub. Təşkilatçıların məqsədi “Biz sağıq! Biz bütün müharibələrdən və pandemiyalardan sağ çıxacağıq!” kimi bir musiqili mesajı bəşəriyyətə çatdırmaqdır.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qonaqlara “qayalı şəhər”in ərazisində yerləşən tarixi abidələr, habelə onun dünya arxeologiya elmi üçün əhəmiyyətindən danışıb. İtaliyadan və Ukraynadan gələn qonaqlar Qobustan ərazisində gördükləri eksponatlardan məmnun qalıblar.

Tədbirin videosu Avropanın aparıcı musiqili yutub kanallarında yayımlanacaq.

Baxış sayı : 396
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub