QHT və MEDİA
A- A A+

Əcnəbi media Xocalı faciəsindən yazıb

2016-03-04 09:20:11

Cənubi Afrika Respublikasının (CAR) geniş oxucu auditoriyasına malik gündəlik “Pretoria News” qəzetinin “Diplomatik guşə” bölməsində Xocalı soyqırımı haqqında məqalə dərc olunub

 

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın CAR-dakı səfirliyində təşkil olunan sərgidə iştirak etmiş müəllif Xocalı faciəsini “soyuq müharibə”dən sonrakı dövrün ilk soyqırımı kimi xarakterizə edir və Ermənistan tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilməsini insanlıq əleyhinə cinayət adlandırır.

Məqalədə qanlı 26 fevral gecəsində 600-dən çox mülki azərbaycanlının öldürülməsinin və Xocalı şəhərinin yerlə-yeksan edilməsinin Ermənistanın etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu xüsusi vurğulanır. Həmçinin Xocalı soyqırımı fonunda torpaqlarımızın iyirmi faizindən çoxunun işğalı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir.(AZƏRTAC)

Məqalədə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” kampaniyasının soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rola malik olduğu vurğulanır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 565

QHT və MEDİA

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

2018-10-12 22:40:23

QHT və MEDİA
Azay Quliyev Berlində Almaniya-Azərbayca...
Azay Quliyev Berlində Almaniya-Azərbayca...

ATƏT PA-nın vitse prezidenti, Milli Məclisin deputatı Azay Quliyev 15 oktyab...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...