İQTİSADİ
A- A A+

Kanadada Azərbaycandan bəhs edən kitab nəşr olunub

2015-04-13 09:25:10

Fransa, Almaniya, İsveçrə və Kanadanın mətbu orqanlarında

Fransa, Almaniya, İsveçrə və Kanadanın mətbu orqanlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi və hüquqi aspektləri, Ermənistanın müharibə strategiyası, Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Azərbaycanın və Xəzərin enerji resursları, Cənubi Qafqazda siyasi məsələlər ilə bağlı tez-tez çıxış edən Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun Kanadanın məşhur “Publibook” nəşriyyatının “Sənaye, mədən fəaliyyəti və enerji” kolleksiyasında “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” adlanan yeni kitabı nəşr olunub. Kitab altı fəsil, 248 səhifədən ibarətdir.

Azərbaycanın dünyada ilk neft istehsalçısı olduğunu diqqətə çatdıran müəllif Azərbaycan neftinin tarixdə oynadığı roldan, ölkəmizin neft ixracatçısına çevrilməsi və onun beynəlxalq ticarətin inkişafına verdiyi töhfədən ətraflı söhbət açıb.

Kitabda bildirilir ki, qədim “İpək yolu” üzərində yerləşən Azərbaycan malik olduğu resurslar sayəsində geostrateji əhəmiyyət kəsb edib.

Müəllif XIX əsrdə Azərbaycan neft sənayesinin inkişaf xüsusiyyətlərini araşdırıb və ölkəmizin bu sahədə aparıcı rol oynadığını göstərib.

Əsərdə Azərbaycanın qısa müddətdə dünyada istehlak olunan neftin yarıdan çoxunu istehsal etdiyi, Bakının isə böyük sənaye şəhərinə çevrildiyi, XX əsrin əvvəllərində neft istehsalı sayəsində bir çox azərbaycanlının milyonçu kimi tanındığı qeyd olunub, onların xarici investorlardan fərqləndirici cəhətləri təhlil edilib, Azərbaycanın neft tarixində rolları dəyərləndirilib.

Sovetlər birliyi dağılandan sonra isə neft sənayesinin çətin duruma düşdüyünü, maliyyə çatışmazlığının, qeyri-sabitliyin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bu sahənin yenidən dirçəldilməsinə mane olduğunu əsərində əks etdirən F.Zeynalov ölkəmizin çətin və ağır dövründə xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığını və bununla da müasir Azərbaycan tarixində yeni bir səhifə açıldığını xüsusi vurğulayıb. Ulu Öndərin hazırlayıb uğurla həyata keçirdiyi yeni neft strategiyası hərtərəfli təhlil edilib.

Müəllif ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə kitabında xüsusi yer ayırıb. Ulu Öndərin neft və qaz resurslarının istismarında, Azərbaycanda siyasi sabitliyin təmin edilməsində, xarici şirkətləri Azərbaycanın neft yataqlarının istismarına cəlb etməklə enerji sektorunun yenidən inkişafına nail olunmasında rolunu xüsusi qeyd edib. Məhz ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti, “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasını həyata keçirməsi nəticəsində Azərbaycanın öz tarixində üçüncü neft bumunu yaşamağa başlaması əsərdə ön plana çəkilib, Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində ölkəmizin bugünkü uğurlarının əsasının qoyulduğu qeyd olunub.

Yeni neft strategiyasını üç hissəyə bölən müəllif xarici kapitalın cəlb edilməsini və bu yolda yaşanan çətinlikləri qeyd edib, eyni zamanda, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və təcrübəsi nəticəsində bütün bu çətinliklərin aradan qaldırıldığını, əfsanələrin reallığa çevrildiyini göstərib.

Müəllif yeni neft strategiyasının tərkib hissəsi olan neft və qaz kəmərlərinin diversifikasiyası məsələsinə xüsusi yer ayırıb. Müstəqil xarici siyasət yeridən Azərbaycanın müxtəlif bazarlara və onlara istiqamətlənən müxtəlif neft və qaz kəmərlərinin inkişafına ciddi ehtiyac duyduğu, Ümummilli Liderin ilk vaxtlardan bu məsələyə çox həssas yanaşdığı, Azəri-Çıraq-Günəşli yataqlarını istismar edən konsorsiumla görüşlərində bu məsələni daimi diqqət mərkəzində saxladığı kitabın əsas məziyyətini təşkil edir. Məhz Ulu Öndərin dəstəyi və qətiyyəti sayəsində müxtəlif neft kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin aparıldığı barədə kitabda ətraflı məlumat verilib.

Kitabda Prezident İlham Əliyev tərəfindən neft strategiyasının uğurla həyata keçirilməsindən və qaz kəmərlərinin diversifikasiyasının davam etdirilməsindən geniş bəhs olunur. “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı zəruri sənədlərin imzalandığı və ardıcıl şəkildə həyata keçirildiyi, Cənubi Qafqaz qaz kəməri, TANAP, TAP layihələrinin Azərbaycanın təşəbbüsü və dəstəyi ilə reallaşdığı, bu layihələrin Azərbaycandan Avropaya yeni qaz dəhlizi açdığı, Avropanın enerji təhlükəsizliyində etibarlı və əvəzedilməz tərəfdaş olduğu diqqətə çatdırılıb və qeyd olunub ki, Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində “Şahdəniz ll” və TANAP qaz kəməri ilə bağlı yeni “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft tarixinin növbəti mərhələsi başlayıb.

Kitabda neft strategiyasının mahiyyəti və özünəməxsus xüsusiyyətləri regional kontekstdə dəyərləndirilir və bu strategiyanın həyata keçrilməsi nəticəsində Azərbaycanın böyük əhəmiyyətə malik regional layihələrin aparıcısı kimi çıxış etməsi və qlobal səviyyəli aktora çevrilməsi təsdiqlənir.

Əsərdə qeyd edilib ki, neft strategiyası Azərbaycanı regionun enerji mərkəzinə çevirib, bu isə öz növbəsində regionun enerji xəritəsinin dəyişməsini şərtləndirib.

Müəllif sonda bildirir ki, neft istehsalı sahəsində qədim ənənəyə malik Azərbaycan beynəlxalq aləmdə getdikcə daha çox tanınır və Avrasiyada müstəqil və əhəmiyyətli aktor kimi səciyyələnir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab fransızdilli ölkələrdə Azərbaycan haqqında hərtərəfli məlumatları özündə əks etdirən çox faydalı əyani vəsaitdir.

Kitabın ali məktəblərdə dərslik kimi istifadəsi nəzərdə tutulub.

Xatırladaq ki, bu, F.Zeynalovun Fransada və Kanadada nəşr olunan beşinci kitabıdır.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1461

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...