2021-12-03 11:35:49 | QHT VƏ MEDİA
Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndirici xanım Vladanka Andreyeva ilə görüş keçirilib.

Fact-info.az xəbər verir ki, görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva Agentliyin faəliyyəti və qurumun gələcək hədəfləri barədə qonaqlara məlumat verib.

A.Əliyeva Azərbaycanın BMT və onun bir sıra orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn öhdəliklərin icrası istiqamətində vətəndaş cəmiyyəti institutları mühüm rol oynayır.

İcraçı direktor eyni zamanda BMT-nin Azərbaycanda fəaliyyət göstərən qurumları vasitəsilə yerli QHT-lərə ayrılan layihələrin şəffaflıq meyarları və onlar üçün yaradılan bərərbərhüquqlu müsabiqə şərtləri barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ilə müzakirə aparıb. Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndirici xanım Vladanka Andreyeva çıxış edərək ilk öncə Agentliyin yeni təyin olunan icraçı direktoru Aygün Əliyevanı təbrik edib.

O vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədləri 2030 Gündəliyinə nail olmaq istiqamətində vacib amil olan vətəndaş cəmiyyətinin inkişafında BMT və Agentlik yaxından əməkdaşlıq edə bilər.

Daha sonra Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Günel Səfərova və İlqar Orucov tərəfindən BMT-nin Azərbaycanda fəaliyyət göstərən müvafiq qurumlarının QHT Agentliyi ilə birgə yerli qeyri-hökumət təşkilatları üçün qrant müsabiqələrinin təşkili, Bakıda və regionlarda “QHT Evləri”nin/QHT tədris mərkəzlərinin yaradılması, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində QHT-lər tərəfindən fəaliyyətlərin icrası, BMT-nin müvafiq qurumu və yerli QHT-lərin birgə təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək “Böyük Qayıdış” prosesi istiqamətində layihələrin icrası və BMT-nin Azərbaycandakı nümayəndəliyi və QHT Agentliyi arasında əməkdaşlığın bütün sahələrini əhatə edən Anlaşma Memorandumunun imzalanması məsələləri qonaqlarla müzakirə olunub. Sonda qonaqları maraqlandıran suallara cavab verilib və Agentlik ilə BMT-nin Azərbaycanda fəaliyyət göstərən müvafiq qurumları arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.

Baxış sayı : 131
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33