2021-12-03 11:10:30 | CƏMİYYƏT
Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində

Xalq şairi Ramiz Rövşənin “Özün öz yolunsan...” (“You Are Your Own Way”) adlı şeirlər kitabı “Mütərcim” nəşriyyat evi tərəfindən ingilis dilində çap edilib.

Şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Tərcüməçi kitaba “Ön söz” də yazıb. Kitabın üz qabığının rəssamı Tehranda yaşayan tanınmış fırça ustası Ərdəşir Rostami, layihə üzrə məsləhətçi Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlıdır.

44 seçilmiş şeirdən ibarət topluya xalq şairinin müxtəlif illərdə yazdığı məşhur şeirləri, o cümlədən, “Qara paltarlı qadın”(Woman In A Black Dress), “Vətən” (Homeland), “Hirs” (The Anger), “İlan balası”(The Young Snake), “Göy üzü daş saxlamaz”(The Sky Holds No Stone), “Şam”(Candle), “Əllərimin yuvası”(The Nest Of My Hands), “Son görüş”(The Last Meeting), “Azad Qadın heykəli” (Free Woman Monument), “Ölü dəniz” (The Dead Sea), “Nə var Allahdan yuxarı?” (What Is Above God?), “Ayrılıq” (Parting), “Biz şirin yuxudaydıq” (We Were In A Sweet Sleep), “Kölgə” (Shadow), və s. şeirləri daxil edilib. Kitabda xalq şairi haqqında qısa avtobioqrafik məlumat da verilib.

“Müasir Azərbaycan poeziyası ingilis dilində” seriyası ilə çap olunan növbəti kitabın nəşrində məqsəd türk dünyasının tanınmış nümayəndəsini, onun yaradıcılığından seçilən poetik nümunələri beynəlxalq aləmdə təşviq etməkdir, milli mədəni sərvətimizin bir parçası sayılan poetik düşüncə tərzimizi dünyanın bir nömrəli dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”, - deyə layihə rəhbəri K.Nəzirli bildirib.

Kitaba “Ön söz” yazan K.Nəzirlinin sözlərinə görə, müasir ədəbiyyatımızın canlı klassiklərindən biri Ramiz Rövşən bənzərsiz şairdir. “O, milli poetik düşüncəmizin əbədi və canlı abidəsidir. “Ön söz”də də qeyd etdiyim kimi, biz dünya miqyaslı bu unikal istedad sahibini dünyaya tanıtmalıyıq, onun poetik və akademik vergisinin sərhədləri sonsuzdur. Ramiz Rövşənin şeirləri ağrılarla dolu heyrətedici musiqidir, sevinc və kədər musiqisidir... Sözləri, obrazları, süjetləri, göz yaşları içində gülüşləri, bir sözlə, dünyanın içi və çölü haqqında fəlsəfi düşüncələri bir-birini tamamlamaqla harmoniya və ritm vəhdəti yaradır, təbii unikallıqdır. O, adi insan gözlərinin görə bilmədiyi dərinlikləri görməyi, duymağı və onları sərrast poetik sözlə mükəmməl ifadə etməyi bacaran şairdir. İnanıram ki, kitaba daxil etdiyim poetik nümunələr ingilisdilli oxucuların böyük marağına səbəb olacaq...”

Baxış sayı : 244
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33