2021-12-02 19:00:01 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat

İşğal edilmiş ərazilərimizdə dağıdılmış 22 muzeydən ən böyüyü Kəlbəcər rayonunda yerləşən Tarix və Diyarşünaslıq Muzeyi olub.

Bu "Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat"ında yer alıb.

Bu muzeydə nadir ağac və bitki növlərinə aid nümunələr (regionun özündə 40 min növ mövcuddur), mineral və daş nümunələri olan stendlər (Kəlbəcər bu baxımdan zəngin yataqlara malikdir), qədim sikkələrdən ibarət bənzərsiz kolleksiya və qədim qəbir daşlarından ibarət zəngin kolleksiya qorunub.

Muzeydə 13 min qiymətli və nadir eksponat saxlanılıb.

Laçın rayonunda yerləşən Tarix və Diyarşünaslıq Muzeyi yerlə yeksan edilib və 5 min tarixi eksponat Ermənistana aparılıb, həmçinin muzeydə olan gümüş əl çantası Londonda “Sotheby`s” auksionunda 80 min ABŞ dollarına satılıb.

Ağdam şəhərində 4 muzey olub. Onlardan ən unikalı Ağdam Çörək Muzeyidir. Bu, Sovet İttifaqında yeganə, dünyada isə 2-ci belə muzeydir. Əl dəyirmanı, rəndə, qablar və digər vasitələrlə yanaşı muzeydə eramızdan əvvəl 7-ci əsrə aid kömürləşmiş buğda dənələri qorunub. Bütün şəhərlə birlikdə bu muzey də dağıdılıb və talan edilib. İşğal olunmuş ərazilərdə qalan və sonradan talan edilən digər muzeylər isə 3 mindən çox eksponatın saxlanıldığı Qubadlı Tarix və Diyarşünaslıq Muzeyi və 6 mindən çox eksponata malik Zəngilan Tarix və Diyarşünaslıq muzeyidir.

Şuşa şəhərinin özündə olan 8 muzey, 31 kitabxana və 8 tarixi mədəniyyət evləri dağıdılaraq yerlə yeksan edilib.

Mədəniyyət abidələrinin dağıdılması və talan edilməsi ilə yanaşı onların eksponatları müxtəlif ölkələrdə satışa çıxarılıb. Buna misal olaraq, Şuşa şəhərinin tanınmış şairəsi Xurşudbanu Natəvan, məşhur azərbaycanlı xanəndə və bəstəkar Bülbül və dahi bəstəkar Üzeyir Hacıbəylinin bürünc büstünün metal kimi Gürcüstanda satılması planlaşdırılıb və Azərbaycan hökuməti buna mane olaraq büstləri 500 min dollar qarşılığında geri alıb. Şuşa şəhərinin azad edilməsi ilə abidələr öz vətənlərinə qaytarılıblar. Qarabağda azərbaycanlılara məxsus mədəniyyət abidələrinin talan edilməsi və mənimsənilməsi təkcə 30 illik işğal dövründə deyil, İkinci Qarabağ Müharibəsi və ondan sonra da həyata keçirilib. 2021-ci il fevralın 15-də Yerevandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda 2020-ci il noyabrın 1-də Şuşa Xalça Muzeyindən qanunsuz olaraq çıxarılmış xalçalardan ibarət sərgi açılıb. Ümumilikdə, muzeydən 160 xalça oğurlanıb, lakin onlardan 71-i sərgidə nümayiş olunub. Oğurlanmış ən qədim xalçanın 350 yaşı var. (Modern.az)

Baxış sayı : 524
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33