SİYASƏT
A- A A+

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatı təqdim edilib

2016-03-02 09:35:01

Təqdimat mərasimi

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış ediblər.

 Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “2015-ci ilin adamı” mükafatı ilə “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, milli mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərə, ölkəmizdə multikulturalizm mühitinin inkişaf etdirilməsinə verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə təltif edilib.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən, ANS Şirkətlər Qrupu tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Daha sonra ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev “2015-ci ilin adamı” mükafatının diplomunu və pul mükafatını Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.(AZƏRTAC) Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib. Qeyd edək ki, təqdim edilən pul mükafatı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan və daun sindromlu şəxslərin sosial-mədəni reabilitasiyasına xidmət edən Bakıdakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin hesabına köçürüləcək.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 815

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...