SOSİAL
A- A A+

Erməni səfir ölkəsini biabır etdi

2016-03-02 09:20:20

"Bilirsiniz, bəzən dayanmalı, nə etdiyimizi düşünməli, bəzi məqamları təhlil etməli, eyforiyaya qapılmamalıyıq. Bizim, yəni ermənilərin yanlışlıqları az deyil və onların arasında ən başlıcası absolyut həqiqət olmadığına əsla şübhə etmədiyimiz məsələlərin dünyada tamamən fərqli şəkildə qəbul olunmasıdır"

Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyanın "Hayartun" mərkəzində fevralın 26-da, "erməni soyqırımı"nın beynəlxalq miqyasda tanınması ilə məşğul olan Koordinasiya Komitəsinin iclasındakı çıxışı böyük qalmaqal yaradıb.

Daha doğrusu, bu çıxış ermənilərdə şok effektinə səbəb olub. Milli.az "Haykakan Jamanak"a istinadən bildirir ki, Yuri Vardanyanın "erməni soyqırımı" məsələsini lağlağı obyektinə çevirdiyi, ölkəsini əldə saldığı vurğulanır.

"Osmanlı Türkiyəsində ermənilərin soyqırıma uğradığını, 1,5 milyon soydaşımızın öldüyünü deyirik. 2014-cü ildə bu hadisənin 100 illiyini də qeyd etdik. Təbii, heç nəyi unutmamalıyıq. Amma realist olmalı, gerçəkləri görməli və illüziyalara qapılmamalıyıq", - səfir deyib.

Onun sözlərinə görə, İrəvanın yaxınlığındakı Sisernakaberddəki "soyqırım memorial"ına hər il aprelin 24-də ermənilər axın edirlər. Fəqət, bu axın ilbəil azalır.

"İllər keçdikcə ora gedən ermənilərin sayı fasiləsiz azalacaq və günlərin birində memorialda çox az adamın olduğunu görəcəyik. 200-cü ildönümün olacağına ümid edirəm. Amma həmin ildönümdə Sisernakaberddə nə qədər adam olacaq, bilmirəm. Düşünmək də istəmirəm bu barədə, çünki hamımız illüziyaların əsiri olmuşuq, öz dediklərimizə özümüzü inandırır, sonra dünyanın dediklərimizə inandığını düşünürük", - Y. Vardanyan söyləyib.

 Vaxtilə ağır atletika ilə məşğul olmuş Y. Vardanyan bu minvalla ermənilərin qondarma soyqırım iddialarının əslində yalan olduğuna işarə vurub.

Erməni mediası səfirin vəzifəsindən kənarlaşdırılmasını və cəzalandırılmasını tələb edir, Y. Vardanyanın "soyqırım məsələsini ələ saldığını" deyirlər.


Kateqoriya : SOSİAL Baxış sayı : 993

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...