2021-11-26 09:25:57 | MƏDƏNİYYƏT
Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb

Biz, Rusiya Milli Kitabxanasının əməkdaşları ədəbiyyatın Rusiyada az tanınan şərq fondlarına yanaşmada populyarlaşdırma fəaliyyəti aparmağa çalışırıq, onları elektron sərgilər və tematik bölmələr formatında kitabxananın saytında təqdim edirik. Belə bölmələrdən biri olan “Müsəlman kitabının tərtibatı sənəti” Azərbaycanın dahi şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilib.

Bu barədə jurnalistlərə müsahibəsində Bakıda keçirilən “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak edən Rusiya Milli Kitabxanasının əlyazmalar şöbəsinin böyük elmi işçisi Olqa Yastrebova bildirib.

O, dahi şairin əsərlərinin motivləri əsasında çəkilən miniatürlərin şərq ölkələrində böyük populyarlıq qazandığını bildirərək vurğulayıb: “Nizaminin əsərlərinin miniatürləri və əlyazmalar siyahısı bacarıqlı sənətkarlar tərəfindən yaradılıb və orta sinif nümayəndələrindən tutmuş hökmdarlara, əyanlaradək bütün təbəqələr arasında böyük populyarlıq qazanıb. Biz də, öz növbəmizdə, həmin əsərlərin rus oxucusuna layiqincə təqdim olunması üçün əlimizdən gələni edirik”.

Nizami Gəncəvinin əsərlərinin qlobal xarakterini qeyd edən O.Yastrebova deyib: “Nizami öz nəsihətlərini və müdrikliyini təkcə Gəncə sakinlərinə deyil, bütün bəşəriyyətə ünvanlayıb”.

Baxış sayı : 744
Azərbaycan Milli QHT Forumu X Qurultayı ilə əlaqədar tədbirlər davam edir Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur - Video Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq "Dastana dönən şəhid" filminin təqdimatı olub YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: “Bərpa” vandalizm aktı idi (ikinci yazı) Türkiyə ilə Ukrayna arasında mühüm saziş imzalandı “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb