QHT və MEDİA
A- A A+

Bakı - İstanbul ... - Bakı

2016-03-01 23:20:49

"İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un Azərbaycan nümayəndə heyəti 19-26 fevral tarixində Türkiyədə səfərdə oldu

Səfər proqramı müxtəlif qurumaların birgə dəstəyi ilə reallaşdı. Bu sırada Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Türkiyənin Bornovo, Karabağlar, Buca, İzmit bələdiyyələri və Türkiyədə fəaliyyət göstərən bəzi QHT-lərı qeyd etmək olar.

Gərgin və geniş tədbirlərlə zəngin bu səfər proqramının məsuliyyətinin daha da artıran məhz səfər tarixinin Xocalı soyqırımın 24-cü ildönümü ilə eyni zaman kəsiyinə düşməsi idi.

Tədbirlərin səhər saat 9-dan, bəzən axşam 10-a kimi davam etməsi, Türkiyənin bir şəhərindən, digər şəhərinə avtobusla uzun yol qət edilməsi, ardından isə yenidən tədbirlərə qatılmaq Forumun bütün heyətinə zərrə qədər də mənfi emosiya yükləmirdi.

Həqiqətən həm tədbirlərin sayı, həm iştirakçıların sayı və həmçinin tədbirlərin keçirilmə ərazisinin genişliyi kifayət qədər vətəndaş cəmiyyəti təşkilatları üçün ağır və məsuliyyətli bir məqam idi.

Sevindirici haldır ki, bu məsuliyyətli mərhələdən Beynəlxalq Forumun nümayəndələri uğurla keçə bildi.

Beynəlxalq Forumun təsisçilərinin dəvəti ilə mən də, e-vətəndaş cəmiyyəti saytının (www.e-vc.az) rəhbəri kimi bu səfərdə iştirak etdim. Səfər boyu E-vətəndaş cəmiyyəti portalını görmək arzusunda olduqları üçün Beynəlxalq Forumun bütün üzvlərinə təşəkkür edirəm.

E-vətəndaş cəmiyyəti portalı olaraq, "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un mətbuat xidməti ilə bərabər görüşlər və tədbirlər haqqında informasiyaları Azərbaycanın KİV-nə operativ təqdim etməyə çalışdıq.

Təqdim etdiyimiz informasiyaları mütəmadi işıqlandırdığına görə, strategiya.az, sia.az, modern.az, azadinform.az, qhtxeber.az, moderator.az, apa.az, musavat.com, olaylar.az, sesqazeti.az, azpress.az, AzərTac, olke.az, turkustan.info, regionxeberleri.com, istiqlal.az, xebervar.com, report.az, 365.az, yeniaxtaris.az. qafqaznews.az, mia.az, yknews.az, vetenugrunda.az, bignews.az və digər media orqanlarına təşəkkür edirik.

Bir daha səfər proqramı üzrə bəzi görüşlərin qısa xülasəsini təqdim edirik!

İzmir, 19-21 Fevral

"İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un iştirakçıları ilk öncə Izmir şəhərində Cümhuriyyət pakında Atatürkün abidəsini ziyarət etdilər.

Daha "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun İkinci (İzmir) Toplantısı keçirildi. İzmir Toplantısına forumun təsisçiləri olan Azərbaycan, Türkiyə və Gürcüstan QHT-ləri ilə yanaşı, İran, Bolqarıstan Tatarıstan və Əfqanıstandan qeyri- hökumət təşkilatlarını nümayəndələri müşahidəçi qismində iştirak edirdilər.

Forum iştirakçıları BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, həmçin digər beynəlxalq və regional qurumların prinsip və tələblərinə uyğun olaraq bütün dövlətlərin ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətlə yanaşır, istənilən ölkənin daxili işlərinə müdaxiləni, işğal, təcavüz, etnik təmizləmə, terror hərəkətlərini pisləyir, sivil dünyanı bu cür mürtəce hərəkətlərə qarşı birlikdə mübarizə aparmağa çağırır və bu mübarizənin ön sıralarında olacaqlarını bəyan edirlər.

İzmir Toplantısında Bakı toplantısında əsas kimi qəbul olunmuş Təsis Bəyannaməsi əlavə və düzəlişlərlə iştirakçı təşkilatlar tərəfindən qəbul edildi.

Azərbaycan QHT rəhbərləri İzmir şəhərinin Bornovo və Karabağlar bələdiyyə rəhbərləri Olğun Atilla və Muhittin Sevitopu tərəfindən qəbul edildi.

Nümayəndə heyəti İzmir şəhəri Karabağlar bələdiyyəsi ərazisində salınacaq Xocalı Soyqırımına həsr olunan parkın hazırlıq işləri ilə tanış oldular.

Günun sonunda İsmət İnönu adına Kültür mərkəzində Beynəlxalq Forumun ictimaiyyət üçün təqdimatı keçirildi. Tədbirdə Azərbaycan QHT-ləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşa edilməsi, terror və digər regionların ümumu problemləri haqqında geniş informasiya verilib.

İzmir proqramının son günündə, QHT nümayəndələri İzmirdəki Heydər Əliyev Parkı və digər tarixi ərazilər ilə tanış oldular.

Daha sonra heyətz İzmir Borno bələdiyyəsi ərazisində fevralın 27-də açılması nəzərdə tutulan Azərbaycan Dostluq parkında oldu.

Günün sonunda Beynəlxalq Forumun nümayəndələri ilə İzmir şəhəri rəsmiləri ilə yekun görüşü keçirildi. Beynəlxalq Formun Azərbaycan nümayəndə heyəti, 3 gün ərzində yaratdı şəraitə görə Türkiyə dövlətinə, o cümlədən İzmir şəhərində fəaliyyət göstərən Borno, Karabağlar və Buca bələdiyyələrinə təşəkkür etdilər.

Ankara, 22-23 Fevral

Ankara səfəri zamanı nümayəndə heyətimiz Cümhuriyyət Xalq Partiyası sədrinin köməkçisi Öztürk Yılmaz tərəfindən partiyanın qərargahında qəbul olundu.

Günün ikinci yarısında Forum nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün movzleyi - “Anıtkabır"ı ziyarət edib və muzeylə tanış oldular.

"İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un QHT rəhbərləri 17 fevral 2016-cı ildə Türkiyənin paytaxtı Ankarada törədilən terror ərazinə gələrək, yad edib, terror qurbanları ruhuna dualar oxuyaraq, qərənfillər düzdülər.

Günün sonunda "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un nümayəndələri Türkiyə Böyük Millət Məclisində olublar. İqdırdan olan millət vəkili Nurəddin Arasla görüşən Forum üzvləri Beynəlxalq Forum barədə məlumat veriblər. Nurəddin Aras Forumun böyük amallara xidmət edəcəyinə inandığını dilə gətirərək uğurlar diləyib. Xocalı Soyqırımı günü ərəfəsində Forumun apardığı işləri yüksək dəyərləndirib.

Ankara proqramının növbəti günü, "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"a daxil olan Qeyri -Hökumət Təşkilatları rəhbərləri Türkiyə Böyük Millət Məclisində AKP-dən olan Iqdırlı millət vəkili ilə görüşdən sonra millət vəkilləri Məmməd Tum, Namiq Halub ilə də görüşüblər. Daha bir görüş isə Cümhuriyyət Xalq Partiyası sədri Kamal Qılıcdaroğlu ilə oldu.

Azərbaycan və Türkiyənin ortaq problemlərindən danışan QHT rəhbərləri qeyd ediblər ki, hər iki ölkənin xarici siyasət və milli maraqları geniş formada əlaqələndirilməli və həm Azərbaycana, həm də Türkiyəyə yönələn çirkin əməllərə qarşı birgə fəaliyyət göstərilməlidir. Xocalı Soyqırımının dünyada tanıdılması üçün Türkiyə Böyük Millət Məclisində böyük müzakirələr aparılması, qərarlar qəbul olunmasının vacibliyi qeyd olunub.

Beynəlxalq Forumun nümayəndə heyəti Ankarada tədbirləri Xocalı soyqırımı abidəsini ziyarət etməklə yekunlaşdırıbar.

Sakarya, 24 Fevral

Sakaryada VCT rəhbərləri Xocalı soyqırımı ilə bağlı düzənlənən tədbirlərə qatıldılar. Günün əvvəlində Forumun nümayəndələri Sakarya Universiteti və universitetin yataqxanası ilə tanış oldular.

Daha sonra universitet tərəfindən təşkil olunan qəbulda Türkiyə Kredit Yurdlar Kurumu regional rəhbəri Arif Özsoy, Azərbaycandan olan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Beynəlxalq Forumun nümayəndələri, digər türk dövlətlərindən təhsil alan tələbə dərnəklərinin nümayəndələri iştirak ediblər.

Günün sonunda nümayəndə heyətimiz Sakarya Universitetində təşkil olunana "Xocalı Soyqırımı" panelində iştirak ediblər. Paneldə məruzəçi kimi Azərbaycan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Beynəlxalq Forumun nümayəndələri iştirak ediblər.

İzmit, 24 -25 Fevral

Səfərin ilk günü İzmit bələdiyyəsinin təşəbbüsü qonaqlar tarixi ərazilər ilə tanış olublar.

Beynəlxalq Forumun nümayəndələri İzmit şəhərində bələdiyyə tərəfindən inşa edilən Xocalı Soyqırımı abidəsi önündə anma mərasimində də iştirak ediblər. Mərasimdə həmçinin Azərbaycan səfirliyinin nümayəndələri, millət vəkili Qənirə Paşayeva, İzmit şəhərinin bələdiyyəsinin rəhbərləri, Azərbaycanın diaspora nümayəndələri və digər qonaqlar iştirak etdilər.

Günün sonunda Azərbaycan QHT rəhbərləri il ə İzmit şəhərində fəaliyyət göstərən yerli dərnək, vakf və digər vətəndaş cəmiyyəti nümayəndələri görüşlər keçiriblər.

Görüş zamanı iki ölkə QHT nümayəndələri, Qarabağ münaqişəsi və ermənilərin türklərə qarşı törədikləri soyqırımı və terrorların beynəlxalq aləmə çatdırılmasında birgə fəaliyyət göstərilməsi istiqamətində iş birliyinin qurulması qərara alınıb.

Istanbul, 26 Fevral

QHT rəhbərləri həmçinin İstanbulda Türkiyə Müharibə Qaziləri və Ehtiyatda olan Qazilər təşkilatının nümayəndələri ilə görüşdə olublar. Hər işi təşkilat Türkiyə tərəfindən bu beynəlxalq foruma dəstək vermək istəyində olduqlarını bildirdilər.

 Günün ikinci yarısında "İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun" Azərbaycan nümayəndə heyəti İstanbul Türkiyə Azərbaycan Dərnəyinin Xocalı soyqırımı ilə bağlı anım tədbirində iştirak etdi. Anım tədbirində Xocalı soyqırımı ilə bağlı fotosərgi düzənlənmişdi. Nümayəndə heyətinin üzvləri tərəfindən Türkiyə mediasına Xocalı soyqırımı və onun beynəlxalq aləmdə soyqırımı kimi tanınması haqqında görülən işlərdən danışıldı.

Cəsarət Hüseynzadə
E-vətəndaş cəmiyyəti saytının rəhbəri,
Şəmsi Əsədullayev xeyriyyə İB-nin icraçı direktoru


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 623

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...