2021-11-25 07:35:18 | AKTUAL
Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür

Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Lakin verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törədib, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Bunun nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb, partlayışda “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Qeyd edək ki, üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu, 6-cı bəndinə əsasən, dekabrın 1-də isə Laçın rayonu da Azərbaycana qaytarılıb.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

Baxış sayı : 117
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50