MÜSAHİBƏ
A- A A+

Fransalı professor: Yeni nəsil bilməlidir ki, soyqırımı haqqında həqiqətlər yalnız statistikadan ibarət deyil

2015-04-13 09:45:21

İkinci dəfə keçirilən beynəlxalq konfransa mən ilk dəfədir dəvət almışam

İkinci dəfə keçirilən beynəlxalq konfransa mən ilk dəfədir dəvət almışam. Konfrans Azərbaycanda minlərlə yerli sakinin qətlə yetirilməsi ilə nəticələnən soyqırımına həsr olunub. Həmin vaxt öldürülən insanlar hərbiçilər, silahlı şəxslər olmayıblar. Onlar hətta niyə öldürüldüklərini belə bilməyən yerli dinc sakinlər idi. Biz tarixçilər konfransda 1918-ci ildə baş verənlərin niyə, hansı şəraitdə və kimlər tərəfindən törədildiyini dəqiqliyi ilə araşdırır, eyni zamanda, bu hadisələrə hüquqi qiymət verilməsi yollarını müzakirə edirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Quba şəhərində keçirilən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı II Beynəlxalq elmi konfransa Fransadan qatılan professor Mayrbek Vaçaqayev bilirib. Fransada fəaliyyət göstərən Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri olan tarixçi Quba soyqırımı məzarlığını ziyarət etdikdən sonra onda bu qanlı hadisələrin miqyası barədə daha geniş təəssürat yarandığını qeyd edib. “Bu barədə dünya ictimaiyyətinin məlumatlandırılması olduqca vacibdir. Məsələn, Fransada Holokost qurbanları haqqında məlumatlandırma yüksək səviyyədə təşkil olunub. Bu ölkədə hər bir şagird oxuduğu məktəbə daxil olanda qarşısına çıxan lövhədə həmin təhsil ocağının neçə şagirdinin soyqırıma məruz qalması haqqında qeydi oxuya bilər. Azərbaycanda, Qubada da bunu tətbiq etmək lazımdır. Yeni nəsil bilməlidir ki, soyqırımı haqqında həqiqətlər yalnız tarixçilərin söylədiyi statisik rəqəmlərdən ibarət deyil. Qoy onlar bu faciəvi hadisələrin qurbanları haqqında ətraflı məlumatlandırılsınlar. Bu o demək deyil ki, biz daim ağlamalı və kədərlənməliyik. Yox, əsas məsələ budur ki, soyqırımı qurbanları heç vaxt unudulmasın”-deyə tarixçi sözlərinə davam edib.

Professor Mayrbek Vaçaqayev müsahibəsində qeyd edib ki, son zamanlar siyasətçilər yeri gəldi-gəlmədi soyqırımlar haqqında danışırlar. Beləliklə bu termin adiləşir, əsl mahiyyətini itirir. “Buna görə də hesab edirəm soyqırımları araşdıran tarixçilər, elm adamları siyasətlə məşğul olmamalıdırlar. Onlar ancaq faktların əks olunduğu sənədləri yaymalı və heç bir şərh verməməlidirlər. Yüz yozum, şərh əvəzinə bir sənəd təqdim olunsa, bu, tarixi hadisələr haqqında həqiqətin ortaya çıxmasında daha böyük rol oynaya bilər. Fikrimcə, Azərbaycan Milli Elmlər Akademiyasının bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir və olduqca əhəmiyyətlidir”-deyə professor M.Vaçaqayev vurğulayıb.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1918

QHT və MEDİA

2020-02-15 08:30:29

QHT və MEDİA
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...
Hikmət Hacıyev Türkiyənin NTV kanalına ...

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi...

2020-02-14 09:50:42

QHT və MEDİA
Belqradda Dağlıq Qarabağın mədəni irsi i...
Belqradda Dağlıq Qarabağın mədəni irsi i...

Serbiyanın paytaxtı Belqradda Dağlıq Qarabağ və Kosovonun mədəni irsləri haqq...

CƏMİYYƏT

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

2020-02-12 09:20:00

CƏMİYYƏT
Azərbaycanın ekoloji risklər xəritəsi ha...
Azərbaycanın ekoloji risklər xəritəsi ha...

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, xəritən...

İQTİSADİ

2020-02-14 10:15:50

İQTİSADİ
Prezident İlham Əliyevin təsdiq etdiyi y...
Prezident İlham Əliyevin təsdiq etdiyi y...

Tədbirlər Planında minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair tək...

2020-02-06 10:00:30

İQTİSADİ
Azərbaycanın dinamik inkişafının ən səci...
Azərbaycanın dinamik inkişafının ən səci...

Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə hərtərə...