2021-11-21 13:40:12 | MÜSAHİBƏ
Hacı Cavid Pənahlı “Yeni doğulan körpələrə Şəhidlərimizin adı verilməlidir”

Xalqımız böyük qürur hissilə möhtəşəm Zəfər tarixini qeyd etdi. 30 illik işğala son qoyulması hər birimizdə fəxarət hissi yaşatdı. Bu sözləri ilahiyyatçı Hacı Cavid Pənahlı Fact-info.az-a deyib:

Hacı Cavid Pənahlının qeyd edib ki, Azərbaycan xalqı inanclı, mənəvi dəyərlərə sadiq xalq olaraq inanırdı ki, bir gün gələcək düşmən layiqli cəzasını alacaq, işğal altındakı torpaqlarımız azad olacaq. Biz buna tamailə inanırdıq. Nəhayət dövlətimizin gücü, əsgərlərimizin şücaəti, xalqımızın birliyi nəticəsində biz bu qələbəni qazandıq. Uzun illər işğal altında qalan tarixi torpaqlarımızı, yurd yerlərimizi bizə unutdurmaqğa çalışdılar. Lakin buna nail ola bilmədilər.Vətən savaşı zamanı itkilərimiz oldu. Neçə-neçə igid əsgərimiz Şəhidlik zirvəsinə yüksəldi. Təbii ki, müharibə itkisiz olmur. Şəhid olan qardaşlıarımız ən ali məqama yüksələn şəxslərdir. Dinimizdə, peyğəmbərimizin kəlamlarında Şəhidlərimiz ən uca varlıq kimi göstərilib.

Biz xalq olaraq bu müsbət ənənələrə sadiq qalaraq onların dəfn mərasimlərini, ildönümlərini nisgilli olsa da yüksək səviyyədə keçirməyə çalışdıq. Bu müharibə nə qədər qəhrəmanlarımızı üzə çıxartdı. İgidlərimiz torpaq uğrunda canlarından keçdilər. Ona görə də, Şəhidlərimiz heç zaman unudulmayacaq. Onların əziz xatirəsini biz hər zaman böyük ehtiram hissilə anırıq. Həmçinin Şəhidlərimizin ailələri ilə daim təmasdayıq. Bütün cəmiyyət olaraq onlarla hər zaman görüşərək mənəvi dəstəyimizi göstərərik. Şəhid ailələri hər zaman diqqətdə saxlanacaq. Mənim qənaətimcə, Şəhid adları əbədiləşdirilməlidir. Yeni döğulan körpələrimizə onların adı verilməlidir. Azyaşlı uşaqlara Şəhidlik nədir, Niyə bu gənclərimiz Şəhid olub, anlayışı, mahiyyəti geniş izah olunmalıdır. Şəhidliyin necə müqəddəs məqam olduğu azyaşlılara daha geniş çatdırılmalıdır. Bu gün biz necə qürur hiss keçiririksə, həmçinin Şəhidlərimizin də ruhu şaddır. Onların böyük şücaət göstərdiyi, canlarını fəda etdiyi torpaqlarımız azaddır.

Hacı Cavid Pənahlı daha sonra qeyd edib ki, nəhayət Azərbaycan dövləti 30 ildir davam edən bu, təcavüzə, erməni separatizminə, qanunsuzluğuna son qoydu. Ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində torpaqlarımız erməni təcavüzündən xilas edildi. 30 illik işğala son qoyulması həm regiona, həm də dünyaya ciddi mesajlar verdi. Öncə onu qeyd edim ki, bu müharibə Azərbaycanı dünyaya milli dəyərlərə sadiq güclü ölkə kimi tanıtdı. Erməni separatizminə son qoyulması istiqamətində həlledici addımlar atıldı. Regionda sülhün əldə olunmasına nail olmaq üçün çoxtərəfli əməkdaşlıq modeli müzakirəyə çıxarıldı. Bütün bu faktorlar bir azərbaycanlı olaraq hər birimizdə qürur hissi yaşadır.

Digər bir önəmli məqama toxunan Hacı Cavid Pənahlı qeyd edib ki, biz bütün dünyaya, o cümlədən xristian aləminə səslənməliyik. Bildirməliyik ki, ermənilər görün, bizim şəhər və kəndlərimizə, tarixi abidələrimizə, inanc yerlərimizə, məscidlərimizə qarşı dünyada görünməyən vəhşilik törədiblər. Heç bir din, heç bir hüquqi sənəd onların bu əməllərinə haqq qazandıra bilməz. Bütün dinlərdə müqəddəs məkanlar, inanc yerləri toxunulmaz sayılır. Mən ilahiyyatçı olaraq düşünürəm ki, bu vəhşi toplum olan ermənilər heç bir dinə aid deyil. Bizim inanc yerlərimizi dağıdan, məscidlərimizdə heyvan saxlayan bu vəhşi topluma qarşı bütün dünya, xristian aləmi, müsəlman aləmi susmamalıdır, İnsanlıq və din əleyhinə hərəkətlərə görə, qınanmalıdır. Belə vəhşi tayfalar yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyər üçün təhlükəlidir.

Fact-info.az

Baxış sayı : 663
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50