2021-11-14 21:05:23 | MÜSAHİBƏ
Nuru Bayramov: “Tarixi qələbəmizdən sonra dünya dövlətləri Azərbaycanın mövqeyi ilə hesablaşır”

Azərbaycan xalqı qürur hissilə möhtəşəm Zəfər tarixini qeyd etməkdədir. Millətimizin tarixində, taleyində mühüm əhəmiyyət kəsb edən qələbənin qazanılmasında hər bir Azərbaycan vətəndaşı öz töhfəsini verərək Ali Baş Komandana dəstək oldu.

Bu tarixi məqamla bağlı Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov Fact-info.az-a öz fikirlərini açıqlayıb:

-Nuru müəllim, Zəfər tariximizi hər bir Azərbaycan vətəndaşı qürur hissilə qeyd edir. Təbii ki, sadə vətəndaşlardan tutmuş, bütün elm ictimaiyyətinin, ziyalılarımızın bu qələbənin qazanılmasında rolu var. Sizin Zəfər tariximizlə bağlı təsürratlarınız necədir?

-Təbii ki, hər bir Azərbaycan vətəndaşı bu qələbəni böyük sevinc hissilə qarşılayır. Məlum məsələdir ki, iki əsrdən artıq idi ki, biz torpaq itkisilə üzləşirdik. Mənfur qonşularımız bu regiona köçürüldükdən sonra hər zaman Azərbaycan xalqına qarşı münaqişə yaratmışdılar. Hər zaman torpaq iddiasında olmuşdular. Baxmayaraq ki, Azərbaycan xalqı bu xəstə topluma öz torpaqlarını yaşamaq üçün yer vermişdi. Erməni adlanan bu haylara ən yaxşı ərazilərimizdə məskunlaşmağa şərait yaradılmışdı. Nəticədə isə bu vəhşi toplum Azərbaycan xalqına qənim kəsilib regiona fəlakət gətirdilər. Son 30 ildə Qarabağ münaqişəsi başlamışdı, dinc azərbaycanlıların dincliyi pozulmuşdu. Səbəbi də havadarlarından dəstək alan ermənilərin təxribatçı, fitnəkar əməlləridir.

Nəhayət Azərbaycan xalqı, Ordumuz, Dövlətimiz və Dostlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Dəmir Yumruq oldu, düşmənin başını əzdi, 30 illik işğala son qoyuldu, torpaqlarımız erməni təcavüzündən xilas edildi.

Bu zəfər həm regiona, həm də dünyaya ciddi mesajlar verdi. Öncə onu qeyd edim ki, bu müharibə Azərbaycan xalqını qalib xalqlar, ordumuzu müasir güclü ordular, dövlətimizi müstəqil siyasət həyata keçirən qürurlu dövlətlər, prezidentimizi müzəffər sərkərdələr cərgəsinə daxil etdi. Bu günə qədər Azərbaycanı tanımayanlar onu müasir müharibə aparan ölkə kimi tanıqlarını etiraf edirlər.

İkincisi, bu Zəfər çıxılmaz vəziyyətə salınmış tarixi ədaləti bərpa etdi, beynəlxalq hüququ bərqərar etdi və bunları həyəta keçirmək üçün bir örnək oldu. Bu dünyaya göstərdi ki, ədalətsizliyi aradan qaldırmaq üçün usanmayacaqsan, başqalarından mədət ummayacaqsan, tam tərsinə, özünə güvənəcəksən, ağıllı dövlət başçısı ətrafında birləşərək iqtisadiyyatını, ordunu hazırlayacaqsan, əməkdaşlığını, tolerantlığını və dostlarını artıracaqsan, zamanı gələndə hərəkətə keçəcəksən.

Üçüncüsü, bu Zəfər dostlarımızın da imtahanı oldu. Türkiyənin bizə verdiyi mənəvi və diplomatik dəstək müharibədə mühüm rol oynadı. Pakistan, İsrail və digər dövlətlərin dəstəyi çox əhəmliyyətli idi.

Dördüncüsü, bu müharibə regionda və dünyada yeni çoxtərəfli əməkdaşlıq və inkişaf platformasının təməlini qoydu. Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasıya, Türk Dövlətləri Birliyi, “3+3” kimi strateji hədəflərə istiqamətlənmiş nəhəng layihələrə stimul verdi.

Məhz tarixi qələbəmizdən sonra dünya dövlətləri Azərbaycanın mövqeyi ilə hesablaşır. Bütün bu faktorlar bir azərbaycanlı olaraq, ziyalı olaraq hər birimizdə fəxarət hissi yaşadır. Azərbaycan Prezidentinin uzaqgörənliyi, böyük diplomatik bacarığı, yüksək sərkərdəlik qabiliyyəti bu tarixi Zəfəri bizə yaşatdı.

-Tarixi qələbəmiz və həmçinin erməni separatizmin süquta uğramasi regionun gələcəyini dəyişməklə bərabər ermənilərə həm də ibrət dərsi oldu. Bu barədə fikirlərinizi bilmək istərdik?

- Bu müharibə həmçinin erməni faşisminə ağır zərbə vurdu və ermənilərə “münaqişə aləti xəstəliyindən” qurtulmaq, xalq və dövlət kimi formaşlaşmaq üçün fürsat verdi. 200 ildən çoxdur ki, xəstəliyə düçar olan, dinc yaşamaqdan məhrum olan, başqlarının münaqişə və terror alətinə çevrilən bu toplum bundan sonra qonşularla normal yaşam tərzini öyrənməlidir.

Güman edirəm ki, ermənilərin də içərisində əsl gerçəyi bundan sonra dərk edənlər olacaq. Nəhayət onlar anlamalıdırlar ki, “münaqişə aləti xəstəliyi” nəinki regiona və dünyaya, həm də ermənilərin özünə fəlakət gətirir. Anlamalıdırlar ki, bu xəstəlikdən qurtulmanın tək yolu qonşularla, bütün dünya xalqları ilə yalnız normal yaşam tərzindən, sülh şəraitində əməkdaşlıqdan ibarət ola bilər. Əks təqdirdə bu toplumu fəlakət gözləyir. Təxribatçı, revanşist təfəkkürlə qonşu dövlətlərlə birlikdə sülh şəraitində yaşamaq mümkünsüzdür. Bunu nəhayət erməni ictimaiyyəti xəstəlikdən qurtularaq dərk etməlidir.

- Nuru müəllim yenidən tarixi Zəfərimizə qayıtmaq istərdik. Bu müqəddəs yolda, qələbəmizin qazanılmasında hər bir soydaşımız öz töhfəsini verdi. Həkimlərimiz də bu tarixi Zəfərimizin qazanılmasında əvəzsiz xidmətlər göstəriblər. Bu barədə fikirləriniz?

-Mən 27 sentyabr 2020-ci il tarixində Ordumuzun əks hücum əməliyyatını eşidən kimi bir anlıq düşündüm ki, cərrah olaraq nə edə bilərəm? Mənim cərrah olaraq I Qarabağ savaşında səhra hospitallarında yetərincə təcrübəm var idi.

Qərara gəldim ki, daha çox fayda vermək məqsədilə paytaxtımızda üç xəstəxanada, Tibb Universitetinin Cərrahiyyə Klinikasında, Mərkəzi Gömrük Hospitalında və Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında cərrah kimi fəaliyyətimi davam etdirim. Çünki digər xəstəxanalarla bərabər adını çəkdiyim bu üç tibb ocağına xeyli yaralılarımız daxil olurdu. Mən digər cərrahlarla bərabər bu xəstəxanalarda döyüşlər zamanı yaralanmış hərbiçilərimizə yardım göstərərək onların müalicəsi ilə məşğul olurdum. Lazım gələndə müasir tibb avadanlıqlarının köməyi ilə cərrahi əməliyyatlar həyata keçirirdik.

Düşünürəm ki, bizim bu istiqamətdə çox əhəmiyyətli fəaliyyətimiz oldu. Yüzlərlə hərbiçilərimizin müalicəsində, onların normal həyata qayıtmasında əməyimiz oldu. Bundan əlavə elə müharibə başlayan andan gənc cərrahlarımız üçün internet üzərindən qısa zaman çərçivəsində vebinarlar təşkil etdik. Dünyada olan mödern müalicə protokollarını hazırlayıb gənc həkimlərimizə payladıq. Belə tibbi protokollar yaralanmış, xəsarət almış hərbiçilərimizin yüksək səviyyədə müalicəsində, müayinəsində zəruridir. Bu metodologiyadan cərrah həkimlərimiz xeyli faydalandılar. Həkimlərimizin zamanında yaralanmış hərbiçilərimizə cərrahi müdaxilələri çox müsbət nəticələr verdi.

-Müharibədən sonrakı dönəmlərdə belə müalicələr, cərrahi əməliyyatlar davam etdimi?

-Təbii ki, bu proses davam etdi. Elə əməliyyatlar olurdu ki, bir neçə ay sonra yeni tibbi avadanlıqların köməyi ilə cərrahi müdaxilələr həyata keçirilirdi. Qazilərimizin sağlamlığının keşiyində durmaq bizim ən müqəddəs vəzifəmiz olub. Mən deyərdim hər bir həkim, tibb işçisi gördüyü bu işlərdən həqiqətən böyük zövq alırdılar.

Hər bir həkimimiz bu işləri böyük qürur hissilə yerinə yetirirdilər. Məhz həkimlərimizin böyük fədakarlığı nəticəsində 44 günlük Vətən savaşı zamanı yaralanmış hərbiçilərimiz müalicə alaraq gündəlik normal həyata qayıtdılar.

Sonda bir daha vurğulamaq istərdim ki, bu tarixi Zəfəri bizə yaşadan bütün Şəhidlərimizə Allah rəhmət eləsin. Biz onlara borcluyuq. Qazilərimizə isə sağlam həyat qismət olsun.

Müsahibəyə görə təşəkkür edirik

Fact-info.az

Baxış sayı : 693
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50