İQTİSADİ
A- A A+

Azərbaycanda aparılan iqtisadi islahatlara ABŞ-dan dəstək

2016-02-29 09:45:37

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikir iqtisadiyyat naziri Şahin Mustafayev ilə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın görüşündə səsləndirilib

Görüşdə Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və bu əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev Azərbaycanda aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və sahibkarlara dəstək tədbirləri barədə məlumat verib. Nazir iqtisadiyyatın bir çox sahələrində, xüsusilə investisiyaların cəlb edilməsi, dərman vasitələrinin, suvarma avadanlıqlarının istehsalı, neft maşınqayırması, neft-kimya, yüksək texnologiyalar və digər sahələrdə ABŞ-la əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

Səfir R.Sekuta ABŞ-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu, ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsini dəstəklədiyini diqqətə çatdırıb. O, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasının əhəmiyyətini qeyd edərək, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə şuranın fəaliyyətinin dəstəklənəcəyini bildirib. R.Sekuta Azərbaycanda həyata keçirilən islahatları izlədiyini, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək göstərməyə hazır olduğunu deyib.

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 629

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...