TƏDQİQATLAR
A- A A+

Ordumuz qürurumuzdu- cılızlaşan gənclik isə məyusluq doğurur

2015-03-29 09:25:43

Dünyada istiqlalı, ərazi bütövlüyü uğrunda döyüşən xalqlara hər zaman hörmət olunur. Məqami gələndə elə xalqların nümayəndələri öz keçmişləri ilə qürur duyurlar

Dünyada istiqlalı, ərazi bütövlüyü uğrunda döyüşən xalqlara hər zaman hörmət olunur. Məqami gələndə elə xalqların nümayəndələri öz keçmişləri ilə qürur duyurlar. Təbii ki, millət olaraq bizim keçmiş və çağdaş tariximizdə fəxarətlə qeyd ediləsi məqamlar az deyil. Tarixə nəzər salanda görərik ki, azərbaycanlılarda döyüşkənlik, mübarizə ruhu hər zaman olub. Düzdür, bəziləri millətin mübarizlik ruhuna, qəhrəmanlıq tarixinə qara yaxmağa cəhd göstərir. Hətta bu mübarizəyə kölgə salaraq “Azərbaycan xalqı döyüşən deyil, hamı alverə meyllidir” ifadələri işlədənlər az deyil.

Ancaq mübaliğəsiz demək olar ki, çağdaş tariximizdə sterotipləri Azərbaycan ordusu dəfələrlə bir sıra uğurlu döyüşlərdə qırıb. Bu gün çoxlarımıza aydındır ki, erməninin himayədarı Ermənistanın üzərindən əlini çəkən kimi Azərbaycan Ordusu qısa zaman kəsiyində həmin əraziləri azad etməyə qadirdir. Çox müsbət haldır ki, bu gün əsgərlərimizdə mübarizlik ruhu yüksəlir. Bu yaxınlarda cəbhə bölgəsində yerləşən hərbi hissənin yubileyində iştirak edərkən bu əhval ruhiyyənin yüksək olduğunun bir daha şahidi oldum.Bir qrup QHT və media təmsilçisinin bu yaxınlarda Tərtərdə N saylı hərbi hissədə əsgərlərimizlə keçirdiyi görüş açığı məni çox məmnun etdi. Tam səmimi olaraq etiraf etmək lazımdır ki, ordu quruculuğu sahəsində böyük inkişaf var. Xüsusilə, Müdaifə Nazirliyinin rəhbərliyində dəyişiklər olandan sonra bu müsbət tendensiya davam edir. Belə bir məsəl var, yüz dəfə eşitməkdənsə bir dəfə görmək daha yaxşıdır.

Həmin hərbi hissədə olarkən bütün detallarınadək bir çox məqamlara diqqət yetirdik. Ədalət naminə deməliyəm ki, əsgərin təminatı, yataqxana şəraiti, qidalanma rejimi səfər etdiyimiz həmin hərbi hissədə normal idi. Çünki əvvəllər mövcud olan problemləri bilirdik. Demək olar ki, müsbətə doğru dəyişiklər var. Əsgərə qarşı olan münasibət, əsgərin psixoloji durumu müşahidələrimə görə çox normallaşıb. Bütün bu faktorlar ordunun döyüşkən ruhuna müsbət təsir göstərir.

Onu da qeyd etmək istərdim ki, vətənpərvərlik ruhu yalnız hərbi hissədə formalaşmamalıdır. Çünki hər bir gəncin həyatında ordu yalnız bir mərhələdir. Orduya gələnədək gənclərimizdə bu hisslər, hərbi hazırlıq işləri formalaşmalıdır. Uşaq dünyaya gələndə sonra ailədə, orta məktəbdə, yaşadağımız mühitdə, Bakının küçələrində Qarabağla, tariximizlə bağlı reklam lövhələrini gördükdə, (əgər varsa) gənclərin təhsil aldığı ali məktəblərdə, bir sözlə hər yerdə vətənpərvərliklə, milli dəyərlərlə bağlı emosiyalara təsir edən nüanslar olmalıdır.

Vətənpərvərlik yalnız sözdə, reklam lövhələrində deyil davranışda, əməldə, insanlara münasibətdə hiss edilməlidir. Bir sözlə hər kəs öz sahəsinin peşəkarıdırsa və həmin intellekti, fiziki sağlamlığını cəmiyyətin inkişafına səmimi olaraq həsr edirsə belə işlər əsl vətənpərvərlikdir.

Bir narahatlıq doğuran məqamı qeyd etmək istərdim. Valideynlər oğlan uşaqlarını incə belli qız kimi deyil, gələcəyin əsgəri kimi, kişisi kimi tərbiyə etməlidir. Çox təəssüf ki, bu məsələdə bəzən xoşagəlməyən mənzərənin şahidi oluruq. Bəzən küçə ilə gedəndə elə novcavanlarla rastlaşırsan bilmirsən bu hansı cinsə məxsusdu. Geyimi, oturuşu, duruşu, davranışı elədir ki, bilmirsən buna nə ad verəsən.

Bütün bunların Qarabağa, müharibəyə, vətənpərvərliyə təbii ki, dəxli var. Çünki bu cavanlar sabah necə gedib əsgər olacaq, səngərdə durub Vətəninin keşiyini çəkəcək? Sabahkı gün belə cavan necə möhkəm, ləyaqətli, ötkəm ailə başçısı olacaq? Təəssüf ki, bilərəkdən və yaxud bilməyərəkdən cılızlaşma gedir. Bu qidalanmadandır, ekologiyadandır, zəmanədəndir bunu demək çətindir.

Ancaq bütün hallarda Milli Ordumuz bizim üçün müqəddəs olmalıdır. Hərb sisteminə elitar, ən hörmətli, ən möhtəşəm sistem kimi baxmalıyıq. QHT və media təmsilçilərinin, incəsənət adamlarının, millət vəkillərinin və digər şəxslərin hərbi hissələrlə təmasları hər zaman artan xətt üzrə davam etməlidir. Belə olduğu halda hərbi məmurlarında məsuliyyəti artır. Ordumuz qürurumuzdur, ancaq cılızlaşan gənclik məyusluq doğurur. Əkrəm Bəydəmirli

  • @continue

Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 3537

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...