MÜSAHİBƏ
A- A A+

Səyyar Əliyev: “Mənim bu sərgim, çəkdiyim əsərlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına hesablanıb”

2016-02-27 09:20:29

Tanınmış rəssam Səyyar Əliyevin Xocalı faciəsi ilə bağlı sərgisi

Fevral ayının 26-da Xocalı faciəsinin 24-cü ildönümündə Səyyar Əliyevin  Bakı şəhəri Süleyman Rəhimov küçəsi  205 ünvanında sərgisi açılıb.

 Fact-info.az saytına müsahibəsində  Səyyar Əliyev bir sıra məqamlara aydınlıq gətirib:

-Mən Şuşa şəhərində doğulmuşam. Şuşa işğal olunandan sonra Bakı şəhərində məskunlaşaraq bu yaradıcılıq işimi davam etdirmişəm. Əsərlərimdə  Qarabağın təbiətinə, gözəlliyinə, mədəniyyətinə hər zaman diqqət yetirmişəm.  Şuşanın bütöv təbiəti bir rəsm əsəridir. Orada hər fəslin  öz gözəlliyi var. Heç şübhəsiz ki, bu gözəllikləri rəsmə çevirəndə son dərəcə cazibədar olur. Oradakı güllər, çiçəklər, şəhərin hər daşı,  binası, tarixi abidəsi rəsm əsəridir. Bu gün bu sərvətlərimiz təcavüzə məruz qalıb.   

- Bu sərginiz haqqında nə deyə bilərsiniz?

- Mənim bir çox yerlərdə, hətta xarici ölkələrdə səgilərim olub. Bügünkü sərgim Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunub. Sərgi bir həftədən artıq davam edəcək. Gördüyünüz kimi  Xocalı soyqırımı,  ermənilərin bəşəriyyətə, insanlığa, sivil yaşam tərzinə qarşı törətdiyi dünyada görünməyən vəhşilikllərin təzahürləri bu əsərlərdə əks olunub. Çox dəhşətli anları, ağrılı taleyimizi mən çalışdım bu əsərlər vasitəsilə  ictimaiyyətə, gənclərimizə, tələbələrə və digər insanlara çatdıram. Onu da qeyd edim ki, mən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi çalışıram. Hər zaman tələbələrimizə bu ağrılı tariximizdən, Qarabağımızdan danışırıq.

-Təbliğat işini, belə faciələrimizin dünya ictimaiyyətinə çatdırıması işini necə dəyərləndirirsiniz. Bu məsələ də daha hansı vasitələrə  əl atmaq lazımdır?

-Azərbaycan Prezidenti İlham Əliyev cənabları bütün görüşlərində, xaricə səfərlərində hər zaman Qarabağ məsələsini, Ermənistanın təcavüzkar siyasətini, Azərbaycanın haqlı, ədalətli mövqeyini gündəmə gətirir, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.  Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevada  Azərbaycanın dünyada tanıdılması,  Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə hər zaman böyük dəstək verir. Uğurlu layihələr həyata keçirirlər. Artıq Azərbaycanın  ədalətli mövqeyini dünyada müdafiə edən insanların,  ölkələrin sayı artır. Heç şübhəsiz ki, biz vətəndaş olaraq, ziyalı olaraq təbliğat işində öz töhfəmizi verməliyik. Mənim bu sərgim, çəkdiyim əsərlər  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına hesablanıb.

-Yaradıcılığınızda, çəkdiyiniz əsərlərdə  hansı yeniliklər etmək fikrindəsiniz?

-Mənim ən böyük istəyim, arzum odur ki, münaqişəyə son qoyulsun, işğal altında qalan ərazilərimiz, döğma Şuşamız azad olunsun. Sonra mən dinc dövrlə bağlı, sülh haqqında  rəsm əsərləri çəkib. Qarabağımızın, Şuşamızın və digər ərazilərin gözəl təbiəti, inkişaf dövrü haqqında mən yeni əsərlər çəkmək arzusundayam.  

 

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1576

QHT və MEDİA

2018-11-19 11:25:51

QHT və MEDİA
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...
Azay Quliyev QHT-lər üçün ictimai dinləm...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

CƏMİYYƏT

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...