TƏDQİQATLAR
A- A A+

Mehriban Əliyevanın səfəri Vatikan mediasında

2016-02-26 09:40:19

“Vatikan radiosu”nun rus dilində saytında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfərinə həsr edilmiş məqalə verilib

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, “Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası başa çatdırılıb” sərlövhəli məqalədə qeyd edilir ki, yaxın vaxtlarda qapıları ictimaiyyətin üzünə açılmış məşhur Müqəddəs Marçellinio və Pietro katakombalarındakı freskalar əvvəlki möhtəşəm görkəminə qayıdıb.
 Bir neçə il davam edən kompleks bərpa işlərinin nəticələri fevralın 23-də Papanın Mədəniyyət Şurasının iqamətgahında təqdim edilib.
Bu qədim şedevrlərin bərpası üçün xərcləri Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb.
 
Məqalədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Vatikan radiosu”na müsahibəsi yer alıb. Azərbaycanın birinci xanımı “Müsəlman ölkəsi olan Azərbaycandakı Fond xristian irsinin bərpası ilə bağlı işləri nə üçün maliyyələşdirir” sualının cavabında deyib: “Azərbaycan Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşən ölkədir. Bu coğrafi mövqe ölkəmizi səciyyələndirən zəngin müxtəlifliyə təsir göstərib. Azərbaycanda məskunlaşan xalqlar arasında həmişə dostluq və qardaşlıq münasibətləri olub. Çoxsaylı dini konfessiyaların mövcud olması bizim böyük sərvətimizdir. O cümlədən Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir. Bizim Fondumuz bu müştərək işi gələcəkdə davam etdirməyə həmişə hazır olacaq”.
 Məqalədə daha sonra deyilir ki, Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq geniş spektri əhatə edir. Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi bununla əlaqədar deyib.
Məqalədə izah edilir ki, İtaliyanın paytaxtında, Via Kazilina, 641 ünvanında yerləşən katakombalar möhtəşəm yeraltı rəsm qalereyasıdır. Roma katakombaları arasında uzunluğuna görə üçüncü yeri tutan bu katakombaların ümumi sahəsi 18 min kvadratmetrdən çoxdur.
 Erkən xristianlıq dövründən dünyada qalmış yeganə təsvirlərin yerləşdiyi “Ad duas Lauros” (“İki dəfnə ağacının yanında”) adlanan arxeoloji kompleksin ərazisində yaxın vaxtlarda aparılmış bərpa işləri bu misilsiz freskaların orijinal palitrasını görməyə imkan verir. Əsrlər boyu olduğu kimi, bu il - yubiley ili sayılan Müqəddəs Mərhəmət ilində də bu katakombalar üstünlük verilən ziyarətgahlardan biridir və onlar Müqəddəs Pietro və Marçellinionun din yolunda şəhid olması ilə birbaşa bağlıdır.
 Heydər Əliyev Fondu bu işləri 2012-ci ildə imzalanmış sazişə uyğun olaraq maliyyələşdirib. Bu razılaşma mütərəqqi metodlardan istifadə edilməklə görkəmli abidələrin bərpasına başlamağa imkan verib.
 Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq başqa mühüm layihələr çərçivəsində də davam etdiriləcək. Məsələn, fevralın 23-də qədim Alliya yolu üzərində divarların xaricində yerləşən monumental Müqəddəs Sebastian kompleksindəki əsərlərin bərpası haqqında saziş imzalanıb. Bu sazişdə başqa məqamlarla yanaşı, qədim sərdabələrın müstəsna kolleksiyasının bərpası da nəzərdə tutulub. 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1014

QHT və MEDİA

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-11-15 09:10:51

QHT və MEDİA
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...
UNESCO-da ölkəmizin bu quruma verdiyi tö...

Mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycan UNESCO-nun əsas tərə...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...