2021-10-24 21:00:18 | MÜSAHİBƏ
Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi”

2020-ci il sentyabrin 27-də başlayan 44 günlük müharibədən, Azərbaycanın Zəfər tarixindən hələ uzun illər danışılacaq. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun bu müqəddəs missiyası insanların şüurunda, yaddaşında daim fəxarət hissilə xatırlanacaq, tarixşünaslıqda tədqiq olunacaq. Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direkroru, əməkdar elm xadimi, professor Surxay Musayev həkimlərimizin bu Zəfərə töhfəsindən danışır:

- Vətən müharibəsində qələbəmizin qazanılmasında hər bir Azərbaycan vətəndaşı öz töhfəsini verdi. Həkimlərimizin fəaliyyətini necə dəyərləndirirsiniz?

-Bu gün tarixi qələbəmizin ildönümünü qeyd edirik. Gerçəkdən Zəfərimiz hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Onu da qeyd edim ki, Azərbaycan torpaqlarında məskunlaşan ermənilər 200 ilə yaxındır xalqımıza qarşı hər zaman düşmənçilik siyasəti aparıblar. Onlar bizim tarixi torpaqlarımızda məskunlaşaraq çox iyrənc əməllərlərlə məşğul olublar. Hər zaman Azərbaycanın əleyhinə saxta təbliğat aparıblar. Nəhayət Ordumuz erməni mifini tamamilə dağıtdı. Torpaqlarımızın azad olunmasında dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə,bütün müharibə iştirakçılarına,əskər və zabitlərinə möhkəm cansağlığı, uğurlar arzulayıram. Məhz onların qəhrəmanlığı, Ordumuzun peşəkarlığı, cəsurluğu nəticəsində tarixi qələbəmizi qazandıq. Şəhidlərimizin hər biri müqqədəs amallar uğrunda canlarından keçiblər. Onu demək istərdim ki, Vətən müharibəsi zamanı bizim klinika, digər tibb ocaqları kimi, cəbhədə yaralanan, müxtəlif xəsarət alan hərbiçilərimizin tam mülalicəsi ilə bağlı səfərbər olmuşdu. Bütün tibbi heyət üzərinə düşən vəzifəni yerinə yetirdi. 44 günlük döyüş zamanı bizim kollektiv hər gün qələbə xəbərlərini gözləyirdik. Xüsusilə, Ali Baş Komandanın həmin xəbərləri çatdırmasını biz böyük coşqu ilə qarşılayırdıq. Həkimlərimiz, bütün tibbi heyət bu klinikada müalicə alan əsgərlərimizin qaygısına qalırdı. Hər bir kəs müalicə dövründə hərbiçilərimizə öz doğmaları kimi yanaşırdı. Bu gün də bu işlər davam edir. Bizim klinikada hər kəs qazilərimizin müalicəsində iştirakdan qürur duyur. Bütün tibbi heyət bu işdə əlindən gələni edir, müraciət olunan zaman psixoloji və terapevtik yardımlar qazilərimizə göstərilir.

-II Qarabağ müharibəsi dövründə cəbhədə olan həkimlərdən yaralanan hətta dünyasın dəyişəblər olurdu. Bu barədə statistik rəqəmlər varmı?

-Vətən müharibəsi dövründə 159 tibb işçisi və həkim yaralanıb, 42 nəfər, o cümlədən bizim universitetimizin məzunu olan 10 həkim şəhid olub. Döyüşlər zamanı yaralanan, şəhid olan tibbi heyət öz vəzifələrini icra edən zaman, yaralı əsgərlərimizə dəstək olarkən düşmən atəşinə məruz qalıblar. Bizim həkimlərimiz 44 günlük müharibə zamanı böyük fədakarlıqlar göstəriblər. Məhz tibb işçilərimizin böyük əməyi, peşəkarlığı nəticəsində əsgərləimiz arasında ölüm halları azaldı. Çünki vaxtında tibbi müdaxilə, düzgün müalicə yaralanmış əsgərlərimizin həyatını xilas etmişdi. Tibbi heyətin peşəkarlığı, modern tibbi avadanlıqların xəstəxanalarımızda tətbiqi, ən əsası torpaq sevgisi qələbəmizi yaxınlaşdırdı.

-Müharibə iştirakçılarının, döyüşlər zamanı müxtəlif xəsarət almış insanların normal həyata qayıdışı zəruridir. Bu istiqamətdə həyata keçirilən işləri necə dəyərləndirirsiniz?

-Səhiyyə Nazirliyinin qərarı ilə Klinikamızda qazilərimizin psixonevroloji reabilitasiyası ilə məşğul olmaq üçün 6 nəfərdən ibarət həkim briqadası ayrılaraq treninqlərə cəlb olunmuşdur. Müharibədə beyin xəsarəti alan, nitq qüsuru, psixoloji problemləri və səhhətlərində digər problemləri olan müharibə iştirakçılarımızın müalicəsi ilə bütün həkimlərimiz, xüsusilə, həmin treninqə cəlb olunan heyət məşğul olurlar. Deyərdim ki, çox uğurlu nəticələr əldə olundu.

-Müharibənin və erməni vəhşiliyin nəticələri hələ uzun illər hiss olunacaq. Postmüharibə dövrü və həyata keçirilən quruculuq işləri ilə bağlı sizin fikirləriniz necədir?

-Azərbaycan Respublikası ötən il Vətən müharibəsini apardı. 44 günlük müharibə nəticəsində Cənab Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Bu möhtəşəm qələbə zamanı dövlətimiz xeyli resurslar sərf edib. İndi görürük işğaldan azad olunmuş ərazilərimizi vəhşi düşmənlərimiz hansı bərbad vəziyyətə salıb. Artıq həmin torpaqlarımızda böyük quruculuq işlərinə başlanılıb. Yollar çəkilir, çox modern kəndlər, şəhərlər salınır. İnanırıq ki, erməni vandalizminə uğramış şəhər və kəndlərimiz tamailə bərpa olunacaq. Sonda bir daha, torpaqlarımızın azad olunmasında dünyasını dəyişən bütün şəhidlərimizə, Allahdan rəhmət diləyirəm. Onların hər biri müqqədəs amallar uğrunda canlarından keçiblər.

Fact-info.az

Baxış sayı : 311
QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22