2021-10-24 09:25:20 | AKTUAL
Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" mövzusunda panel keçirilib.

Paneldə Qarabağ Zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındakı güclü həmrəyliyin bütün türk dünyası məkanında nümayiş olunmasının vacibliyi, bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq birgə addımlar müzakirə olunub.

Tədbirin moderatoru Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi altında iki qardaş ölkə arasındaki sıx əlaqələr, bu əlaqələrin bütün qurumların həmrəyliyindən özünü göstərməsi və bu birliyin mənəvi güc baxımdan vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edənlər Türkiyədən fərqli olaraq digər türk dünyası dövlətlərində Qarabağ probleminin yetərincə işıqlandırılmaması və 44 günlük Vətən müharibəsi başladıqdan sonra cəmiyyətin bu mövzu ilə daha yaxından tanış olduğunu qeyd ediblər. Vətən müharibəsi nəticəsində qazanılan Zəfərdən sonra bu tarixi hadisə daha geniş miqyasda işıqlandırılmağa başlayıb. Qısa müddətdə bir çox türkdilli ölkələrin bütün xəbər agentlikləri bu məsələ haqqında yazmağa başlayıb, hətta bütün sosial medianın əsas mövzusu Qarabağ Zəfəri olub.

Türkdilli dövlətlər arasında mövcud olan məlumat qıtlığına son qoyulacağını və ölkələr arasında informasiya əməkdaşlığının daha da inkişaf etdiriləcəyinə ümid etdiklərini vurğulayan çıxışçılar bu istiqamətdə yeni layihələrin və əməkdaşlığın həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Zəfər münasibətilə bütün türk dünyasını təbrik edən Aərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov bu gün yaşadığımız bu tarixi dövrün təməllərinin Azərbaycan və Türkiyə xalqlarının ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürk tərəfindən atıldığını, iki ölkə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən bu siyasi kursun və qardaşlıq münasibətlərinin layiqincə davam etdirildiyini qeyd edib.

Paneldə gələcək üçün planların həyata keçirilməsində bu forumun, eləcə də medianın rolu xüsusi qeyd edilib, türkdilli ölkələr arasında informasiya mübadiləsinin daha da intensivləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.

Baxış sayı : 204
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54