2021-10-23 11:35:14 | QHT VƏ MEDİA
Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub

Fransanın tarix, geosiyasət və beynəlxalq əlaqələr üzrə ixtisaslaşmış “Revue conflits” jurnalında Azərbaycan səfiri Rəhman Mustafayevlə Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən müsahibə dərc olunub.

“Qarabağ, müharibədən bir il sonra vəziyyət necədir? Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə müsahibə” adlı mətnin əvvəlində müəllif bitərəf qaldığını və müharibədən bir il sonra vəziyyətlə bağlı hər iki tərəfin –Azərbaycan və Ermənistanın Fransadakı səfirlərindən müsahibə götürdüyünü, tarazlığa riayət etdiyini bildirib.

R.Mustafayev müsahibəsində münaqişənin artıq həll olunduğunu vurğulayaraq deyib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra münaqişə hüquqi baxımdan həllini tapıb. BMT-nin erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxması təmin olunub. Bu gün regionun yeni - sülh quruculuğu, barışıq və yenidənqurma mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Vurğulayıb ki, “Dağlıq Qarabağ” termini artıq yoxdur. Bu gün keçmiş münaqişə zonası 11 rayondan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarından ibarətdir. Siyasi aspektdə iki ölkə arasında sülh müqaviləsi bağlamaq üçün Ermənistan və Azərbaycan arasında danışıqlar aparılmalıdır. 750 min məcburi köçkünün doğma evlərinə qayıdışı əsas prioritetlərdəndir. Məcburi köçkünlərin qayıdışı üçün əsas mane erməni minalarıdır. Ermənistan mina xəritələrini vermir və verdiyi xəritələrdə çoxsaylı səhvlər və qeyri-müəyyənliklər var.

Vaxtilə işğal olunmuş ərazilər əsl fəlakətlə üzləşib. Bir çox ərazilərdə torpaqlar, çaylar çirkləndirilib, meşələr yandırılıb, mədəni sərvətlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Bütün şəhər və kəndlər darmadağın edilib. Buna görə də ikinci əsas məsələ yenidənqurma işləridir. Şəhərlər yenidən qurulmalı, mülki və ictimai binalar, habelə infrastruktur - elektrik xətləri, dəmir yolları, hava limanları yenidən tikilməlidir. Yenidənqurma büdcəsi bu il üçün 1 milyard dollardır.

Əsas prioritetlərdən birinin humanitar çağırış olduğu diqqətə çatdırılaraq Birinci Qarabağ müharibəsi nəticəsində 3900-ə yaxın azərbaycanlıdan hələ də xəbər olmadığı qeyd edilib. Ermənilərin beynəlxalq humanitar hüquqi öhdəliklərini yerinə yetirmədiyi deyilib. İtkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumat verilməlidir.

Digər məsələ ikinci müharibə zamanı çoxsaylı müharibə cinayətləri - mülki şəxslərə və orduya qarşı cinayətlər törədilib. Kəlbəcər bölgəsindəki qızıl, mis mədənləri və bəzi su qaynaqları kimi təbii sərvətlər qanunsuz istismar olunub. Bu qanunsuz işlərdə iştirak edən xarici şirkətlərin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüquqi tədbirlər görüləcək.

Müsahibədə keçmiş münaqişə bölgəsində yaşayan ermənilərlə azərbaycanlılar arasında barışıq məsələsinə də toxunulub. Bildirilib ki, onlar Azərbaycan və erməni əsilli Azərbaycan vətəndaşlarıdır. Bunun üçün mədəni, humanitar və sosial əlaqələrin yenidən qurulması vacibdir.

“Məqsədimiz Qarabağı çoxmillətli və çoxkonfessiyalı bir bölgə olaraq yenidən qurmaqdır”, - deyə səfir vurğulayıb.

Diplomat Azərbaycanın regional əməkdaşlıq üçün irəli sürdüyü 3+3 modeli haqqında da məlumat verib. Sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirib.

Fransanın rolu ilə bağlı qeyd edilib ki, ərazilərimizin minalardan təmizlənməsi, yenidənqurma, itkin düşmüş şəxslərin taleyi, iki ölkə arasında sülh müqaviləsinin imzalanması kimi işlərdə Fransa mühüm rol oynaya bilər. Mina təmizlənməsi mövzusunda Fransanın müəyyən addımlar atmağa hazırlaşdığı bildirilib. Yenidənqurma mövzusunda fransız şirkətlərinin təcrübəsi var. Fransa itkin düşmüş şəxslərlə bağlı da kömək edə bilər, çünki Ermənistanla güclü və yaxın münasibətləri var. Fransa Ermənistanı 1992-1994-cü illər müharibəsi zamanı itkin düşmüş insanların taleyi ilə bağlı suallarımıza cavab verməyə vadar edə bilər.

Nəhayət sülh müqaviləsinin beynəlxalq hüququn prinsipləri əsasında hazırlanmasında Fransanın böyük rolu ola bilər. Bütün hallarda Fransa qərəzsiz və obyektiv mövqe nümayiş etdirməlidir.

Regiondakı mədəni və dini irs abidələri ilə bağlı bildirilib ki, bu mövzuda Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və xüsusilə də “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına əsaslanır. 1992-2020-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın çoxsaylı mədəni mülkü dağıdılıb.

Azərbaycan UNESCO missiyasının bölgəyə səyahət etməsinə və vurulan ziyanı qiymətləndirməsinə razılığını verib. Bu məqsədlə UNESCO ilə konstruktiv dialoq aparılır. Biz bu missiyanın Azərbaycana ən qısa zamanda gəlməsini gözləyirik və onların işlərinə hər cür dəstək verməyə, bütün lazımi əməkdaşlığı təmin etməyə hazırıq.

Baxış sayı : 210
QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22