2021-10-22 21:10:26 | QHT VƏ MEDİA
İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi

İctimai Nəzarət Mərkəzinin 20 oktyabr 2021-ci il tarixində 6 aylıq fəaliyyət hesabatı ilə əlaqədar onlayn konfrans keçirilib.

Konfransda bir sıra dövlət qurumları, QHT və KİV nümayəndələri iştirak edib. İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni iştirakçıları salamlayaraq tədbiri açıq elan edib və İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə təqdimatı iştirakçıların diqqətinə çatdırıb.

Təqdimatda İctimai Nəzarət Mərkəzinin fəaliyyəti, məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, keçirilən tədbirlər, vətəndaşların müraciətləri və s. yer alıb. Rauf Zeyni İctimai Nəzarət Mərkəzinin keçirdiyi əsas tədbirləri - 23 aprel 2021-ci il tarixində “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr”, 19 may 2021-ci il tarixində “Sahibkarların və vətəndaşların bank xidmətləri ilə əlaqədar mövcud problemləri”, 1 iyul 2021-ci il tarixində “Gömrük sistemində mövcud problemlər və onların həlli yolları”, 17 sentyabr 2021-ci ildə “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda konfransları, indiyə qədər İctimai Nəzarət Mərkəzi İdarə Heyətinin vətəndaş cəmiyyəti problemləri ilə əlaqədar 20-dən çox keçirilən toplantıları, vətəndaşların müxtəlif problemlərlə bağlı etdiyi müraciətləri və bu barədə statistik məlumatları tədbir iştirakçılarına bildirib.

Daha sonra bir sıra dövlət qurumları və QHT nümayəndələri – İctimai Nəzarət Mərkəzinin İdarə üzvlərindən İlham İsmayılov, Əhməd Abbasbəyli və Ümid Mirzəyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun sədr müavini Tanrıverdi Aydınov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səidə Abasova, ASAN Xidmətin nümayəndəsi Adil Qasımov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Adəm Salahov, KOBİA-nin nümayəndəsi Aqşin Mehdiyev, Şirvan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsiman Ağabəyov, Şirvan Regional QHT Resurs və Təlim Mərkəzinin sədri Əli Mirzəyev, Ə.Haqverdiyev Mərkəzinin sədri Eldar Məlik Abbas, İstedadlı Əlillər Cəmiyyətinin sədri Qubad Qasımlı, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rahib Süleymanzadə, Quba Regional QHT Resurs və Təlim Mərkəzinin sədri Eynulla Xeyrullayev, Tibb Universiteti yanında İctimai Şuranın sədr müavini Aidə Bəndəliyeva, Milli Məclisin deputatı Aydın Hüseynov, Ailələrə Sosial Dəstək İB-nin sədri Esmira Rəhimova, Qadın Sahiblar İB-nin sədri Zemfira Ağayeva, Ekoloji Maarifçilik və Monitorinq İB-nin sədri Qəmzə Yusubova çıxış edərək öz fikir və təkliflərini bildirib.

Sonda Rauf Zeyni iştirak edən hər bir şəxsə öz minnətdarlığını bildirib və İctimai Nəzarət Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.

Baxış sayı : 198
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54