İQTİSADİ
A- A A+

Gəncə "2016-cı il Avropa gənclər paytaxtı" seçildi -SƏRƏNCAM

2016-02-25 09:45:14

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb

Sərəncamla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılıb ki, Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üzrə nəzərdə tutulmuş vəsait hesabına Gəncə Şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayırsın.

Azərbaycanın Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər hazırlayıb həyata keçirməli, habelə Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkilinə kömək göstərməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna tövsiyə edilir ki, 2016-cı ildə keçirəcəyi maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı layihələri prioritet istiqamətlərdən biri kimi nəzərdə tutsun.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı keçiriləcək tədbirlərin işıqlandırılmasını təmin edəcəklər.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 978

QHT və MEDİA

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...