2021-10-19 14:20:17 | İQTİSADİYYAT
Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq

Çin Xalq Respublikasının Çindao şəhərində hibrid formatda 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı” keçirilib.

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, müxtəlif ölkələrin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirin açılış mərasimində energetika naziri Pərviz Şahbazov onlayn formatda çıxış edib.

Nazir Qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat və Trans-Xəzər tranzit dəhlizləri vasitəsilə Çin ilə Avropa arasında “mühüm körpü” rolunu oynadığını qeyd edib və bildirib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni Zəngəzur dəhlizi perspektivdə “Kəmər və Yol” layihəsinin strateji əhəmiyyətini daha da artıracaq. Nazir qlobal əhəmiyyətli enerji xətləri, şaxələndirilmiş enerji resursları və Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu və əlverişli investisiya imkanları ilə Azərbaycanın bu dəhlizdə enerji əməkdaşlığının inkişafında vacib tərəfdaş olduğunu bildirib.

“Hazırda iqlim dəyişiklikləri ilə bağlı çağırışlar enerji sektorunu kəskin dəyişikliklərlə üz-üzə qoyub və bu prosesdə çoxtərəfli əməkdaşlıq heç vaxt olmadığı qədər həlledici rol oynayır. Qlobal enerji istehlakının strukturundakı təsirli mövqeyi, dünyada bərpa olunan enerji üzrə ən böyük qoyuluş gücünə malik ölkələrdən biri olması və 2060-cı ilə qədər sıfır karbon emissiyası ilə bağlı hədəfi Çinin təşəbbüsü ilə “Kəmər və Yol”un “yaşıl enerji” üzrə də effektli əməkdaşlıq platformasına çevrilməsinə təminat yaradır”, - deyə nazir qeyd edib.

Nazir, həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi sahəsində Azərbaycanda aparılan islahatlar, həyata keçiriləcək layihələr, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması istiqamətində görülən tədbirlərdən bəhs edib. Bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərracların, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialının investorlar, o cümlədən Çin ilə dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradacağını qeyd edib.

Energetika Nazirlərinin 2-ci Konfransında “yaşıl enerji” sənaye zəncirinin qurulması, “yaşıl enerji”yə keçid sahəsində ölkələr arasında əlaqələndirmənin artırılması, bu istiqamətdə inkişaf proqramlarının işlənməsi, karbon neytrallığı, yaşıl enerji sərmayələri üçün bazar mühitinin yaradılması, enerji keçidinin sürətləndirilməsi, yeni texnologiya və innovasiyaların tətbiqi mövzularında müzakirələr aparılıb.

Baxış sayı : 170
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50