SİYASƏT
A- A A+

Araz Əzimov Dağlıq Qarabağ münaqişəsini Almaniyada müzakirə etdi

2016-02-24 23:30:29

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov cari ilin 22-24 fevral tarixlərində siyasi və təhlükəsizlik sahələrində ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Almaniya Federativ Respublikasına işgüzar səfər edib

Azərbaycanın Almaniyadakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, səfər zamanı nazir müavini AFR Xarici İşlər Nazirliyi və Federal Kansler Aparatında həmkarları ilə görüşlər keçirib.

Görüşlərdə ölkəmizin 2016-cı ildə ATƏT sədrliyini həyata keçirən Almaniyadan olan gözləntiləri, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılmasının və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişə nail olunmasının vacibliyi, habelə mövcud status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Almaniya tərəfi Azərbaycan tərəfinin istək və təkliflərinin nəzərdən keçiriləcəyini bildirib və onların mövcud imkanlar çərçivəsində sədrlik dövründə nəzərə alınacağına söz verib.

Azərbaycan xarici işlər nazirinin müavini səfər zamanı, eləcə də Almaniya Bundestaqında bir sıra görüşlər keçirib və Münhen Təhlükəsizlik Təşkilatının sədri Volfqanq İşinqerlə görüşərək ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər regional və beynəlxalq məsələlər barədə müzakirələr aparıb.

A.Əzimov səfəri zamanı, həmçinin Almaniyanın məşhur “beyin mərkəzləri”ndən olan Elm və Siyasət Fondu və Xarici Siyasət üzrə Alman Cəmiyyətində sözügedən təşkilatların rəhbərliyi və Cənubi Qafqaz regionu üzrə ixtisaslaşmış tanınmış mütəxəssislərlə görüşlər keçirib.

Görüşlərdə, əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, həll istiqamətində aparılan danışıqlar, sözügedən münaqişənin həlli yolları ilə bağlı Azərbaycan tərəfinin mövqe və təklifləri, habelə Ukrayna, Gürcüstan və Suriya münaqişələri daxil olmaqla bir sıra digər regional təhlükəsizlik məsələləri ətraflı şəkildə müzakirə olunub.  


Kateqoriya : SİYASƏT Baxış sayı : 888

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...