2021-10-15 14:30:20 | İQTİSADİYYAT
“Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr olunub.

UNEC-dən verilən məlumata görə,konfransın açılışında çıxış edən UNEC-in prorektoru professor Sakit Yaqubov xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən söz açıb, XX əsrdə Azərbaycan xalqının iki dəfə müstəqilliyə qovuşduğunu diqqətə çatdırıb. O, milli azadlıq hərəkatının 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələndiyini bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində ölkəmizin müstəqilliyinin möhkəmləndiyini, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini deyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə müstəqilliyimizin əldə olunması prosesinin həm şahidi, həm də iştirakçısı olaraq, onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən Ali Sovetin sessiyasında qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktının əhəmiyyətindən, eləcə də ölkənin iqtisadi müstəqillik konsepsiyasının mahiyyətindən danışıb. Deputat həmin dövrdən ölkənin iqtisadi potensialının sürətlə artmağa başladığını, bu gün ölkəmizin regionun ən güclü dövlətinə çevrildiyini deyib.

AMEA-nın Tarix İnstitutunun icraçı direktoru professor Cəbi Bəhramov müstəqilliyin əldə olunması və bərpasının tarixi barədə çıxış edib. Müstəqilliyimizin bərpasından sonra ilk illərdə ölkədə siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsinin respublikanı iflic vəziyyətinə saldığını deyən C.Bəhramov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədi olduğunu bildirib.

Sonra konfrans panel bölmələrdə müstəqillik illərinin institusional islahatları, regionların inkişafı, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ərazi bütövlüyünün bərpası, iqtisadi inkişafın perspektivləri, müstəqillik illərində maliyyə uçotu, statistika və digər mövzularda çıxışlarla davam edib.

Konfransın sonunda müstəqilliyin bərpasının 30-cu ildönümü məqsədilə müəllim və tələbələrin arasında keçirilən elmi məqalə müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib.

Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Baxış sayı : 176
QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22