2021-10-14 09:35:05 | MÜSAHİBƏ
Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi

Azərbaycanın Qarabağ Zəfərindən bir il ötür. Başqa sözlə desək, otuz ilik həsrət bitdi.

Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin bu hadisələrdən bir il əvvəl Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən toplantısındakı çıxışı Ermənistanın uzun illər həyata keçirdiyi hərbi təxribatların əks-hücumla nəticələnəcəyindən xəbər verirdi, artıq “bıçaq sümüyə dayanmışdı”. Bu çıxışı zamanı Azərbaycan Prezidenti Ermənistanın silahlandığını və bunun Azərbaycana qarşı növbəti təxribatlarla nəticələnə biləcəyini açıq-aydın ifadə etmişdi. Buna baxmayaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatlar davam etdi. Bunun nəticəsidir ki, Azərbaycan Prezidentinin bu tarixi sözləri həqiqətdə də öz əksini tapdı.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a müsahibəsində “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver ifadə edib.

İkinci Qarabağ müharibəsini Ermənistan hakimiyyətinin düşünülməmiş və səhv siyasətinin nəticəsi kimi qiymətləndirən professor deyib: “2018-ci ildə Ermənistan qurulan yeni hakimiyyət böyük səhvlərə yol verdi. Bu səhvlərin ən başlıcası Azərbaycana qarşı törədilən təxribatlar oldu. İstər dinc əhalinin yaşadığı bölgələrin müxtəlif çaplı silahlardan atəşə tutulması, istər tarixi Azərbaycan şəhəri Şuşanın Cıdır düzündə keçirdikləri “şənlik” bu müharibəni alovlandıran əsas amillər oldu. Lakin dünyada böyük nüfuza sahib olan, hər il daha da inkişaf edən və güclənən Azərbaycanın qüdrətini görməzdən gələrək edilən bu səhvlər Ermənistanın diz çökməsi ilə nəticələndi. Halbuki, istər Azərbaycanın ümummilli lideri Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev hər zaman Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarı olduqlarını bütün platformalarda dilə gətirib və bunun üçün əllərindən gələni əsirgəməyiblər. Ermənistanın bu səhvlərinin cəzasını isə indi yoxsulluq və xaos içində yaşayan erməni xalqı çəkir. Qeyd etmək lazımdır ki, bu məsələnin həllinə məsul olan ATƏT-in Minsk qrupu da münaqişənin nə sülh, nə də müharibə yolu ilə həlli üçün heç bir iş görmədi. Bütün bunların nəticəsində Azərbaycan öz torpaqlarını güc yolu ilə geri qaytarmaq məcburiyyətində qaldı”.

Hazırda işğaldan azad edilən ərazilərdə aparılan abadlıq-quruculuq işləri haqqında danışan Akkan Suver bildirib: “Qarabağın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi. Heç kim öz evini dağıdıb viran qoymaz. İndi Azərbaycan erməni vandalları tərəfindən dağıdılan evlərini abadlaşdırır. Uzun illər davam edən həsrətin bitməsi və torpaqların öz sahibinə qovuşması münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, “Zəfərin mübarək, can Azərbaycan!” deyirəm”.

Baxış sayı : 103
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19