2021-10-14 09:25:43 | SİYASƏT
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən xülasə sənədi yayılıb

Oktyabrın 11-12-də Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə əlaqədar Belqradda keçirilən yüksək səviyyəli görüşlə bağlı Hərəkatın sədri qismində Azərbaycan tərəfindən xülasə sənədi yayılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, sənəddə iştirakçı üzv və müşahidəçi ölkələrin, təşkilatların, habelə qonaq ölkə və təşkilatların Azərbaycan və Serbiya tərəfindən birgə təşkil olunan görüşün əhəmiyyətini yüksək qiymətləndirdikləri qeyd olunur. Burada, 1961-ci il Belqrad Konfransının tarixi əhəmiyyətinə diqqət yetirilərək, Qoşulmama Hərəkatının (QH) Bandunq Prinsiplərinə uyğun olaraq bütün dövlətlərin sülh şəraitində birgə yaşayışı və dayanıqlı inkişafın təşviq olunması məqsədi və Hərəkatın əsasını qoyan şəxslərin uzaqgörən müdrikliyi və qətiyyəti nəticəsində dünyanın ikinci böyük siyasi platformasının yaradılması təqdir edilir.

Beynəlxalq sülh və təhlükəsizliyə olan yeni hədə və təhdidlərə rəğmən hazırda Qoşulmama Hərəkatının artmaqda olan effektivliyi, möhkəmlənən birliyi və müasir çağırışlara uyğunlaşdığı məmnunluqla ifadə edilir.

Tədbir iştirakçılarının beynəlxalq vəziyyəti, o cümlədən beynəlxalq hüquqa hörmətsizliklə müşayiət olunan artmaqda olan siyasi gərginlik, ayrı-seçkilik, irqçilik və ksenofobiyanın artımının davam etməsi, COVID-19 pandemiyası və onun dünya dövlətlərinin sosial-iqtisadi vəziyyətinə təsiri və s. təhlil edərək qlobal səylərin çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər edilməsinin əhəmiyyətini vurğuladıqları sənəddə öz əksini tapır.

Burada, həmçinin tədbir iştirakçılarının QH-nin hazırkı sədri qismində Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüslərin, o cümlədən COVID-19 pandemiyası ilə mübarizə sahəsində, eləcə də pandemiya sonrası bərpa ilə əlaqədar təşəbbüslərini yüksək qiymətləndirdikləri vurğulanır.

İştirakçı ölkələrin QH-nin Azərbaycan sədrliyinin, qlobal ehtiyacların qarşılanmasında təsirli töhfəni təmin etmək üçün Hərəkatın beynəlxalq müstəvidəki rolunun və fəaliyyətinin artırılmasına yönəlmiş səylərini dəstəklədikləri sənəddə qeyd olunur.

Onu da bildirmək istərdik ki, yüksək səviyyəli tədbir çərçivəsində baş verən əsas hadisələrdən biri də Azərbaycan sədrliyinin təşəbbüsü ilə bir müddət öncə yaradılmış QH Gənclər Şəbəkəsinin pandemiya sonrası bərpa dövrü ilə əlaqədar Hərəkatın üzv ölkələrinin rəhbərlərinə öz tövsiyələrini təqdim etmələri oldu. Vurğulamaq istərdik ki, Azərbaycan sədrliyinin təşəbbüsü ilə QH-nin Gənclər Şəbəkəsinin yaradılması yüksək səviyyəli tədbirin bir çox iştirakçıları tərəfindən edilən çıxışlarda alqışlanıb.

Baxış sayı : 121
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19