2021-10-05 19:40:16 | TƏDQİQATLAR-ANALITIKA
“Tariximizin dahiləri”: fərqli yanaşma, maraqlı təqdimat

Türk-İslam dünyasının parlaq ədəbi-ictimai simalarının, görkəmli düşüncə və söz adamlarının mənəvi irsinə güzgü tutan yeni bir nəşr - “Tariximizin dahiləri” adlı kitab işıq üzü görüb.

Kitab “Təfəkkür Dünyamızın Ulduzları” layihəsi çərçivəsində ərsəyə gəlib. Sözügedən layihəni Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi ilə Gəncliyə Yardım Fondu (GYF) birgə həyata keçirir.

İdeya müəllifi GYF başqanı Əhmət Tecim olan bu nəşr Əli Can (Türkiyə), Abbas Qurbanov və Qoşqar Abbasovun (Azərbaycan) ortaq əməyi ilə hazırlanıb.

Ə.Tecim kitabdakı “Təqdimat” sərlövhəli yazısında qeyd edir ki, tarixin bəlli dönəmlərində Çin səddindən Adriatik dənizinə qədər böyük bir ərazidə Türk-İslam mədəniyyəti təsirli, təyinedici amil olub: “Əcdadımızın böyük Avrasiya coğrafiyasında meydana gətirdiyi mədəniyyət bütün dünyanı heyran qoyub... Bir millətin gələcəkdə də var olması üçün onun fərdlərinin, xüsusən də gəncliyin öz milli-mənəvi dəyərlərinə, mədəniyyətinə cahib çıxması zəruridir...”

Bu vacib amil nəzərə alınmaqla hazırlanaraq oxuculara təqdim olunan kitab da məhz belə bir amala xidmət edir.

Nəşrin “Ön söz”ünü Ə.Can yazıb, “Giriş” bölümünün müllifləri isə A.Qurbanov və Q.Abbasovdur.

Kitabda Türk-İslam dünyasının görkəmli şəxsiyyətlərindən İbn Xəldun, Məhməd Akif Ərsoy, Məhəmməd İqbal, Hüseyn Cavid, Əhməd Cavad, Hilmi Ziya Ülkən, Nəcib Fazil Qısakürək, Məhəmmədhüseyn Şəhriyar, Almas İldırım, Nurəddin Topçu, Cəmil Meriç, Bəxtiyar Vahabzadə, Aliya İzzetbeqoviç, Çingiz Aytmatov, Səzai Kakakoç, Rasim Özdənörən və İsmət Özəlin fikir və söz irsinə diqqət yetirilib. Nəşrin səhifələrində bu böyük simaların yaradıcılığından nümunələr, onların ortaq keçmişimizdən xəbər verən, bugünümüzə və gələcəyimizə işıq salan aydın düşüncə dünyası barədə mülahizələr yer alıb.

“İpəkyolu” nəşriyyatında çap edilmiş kitabın redaktoru Əziz Sultanov, tərtibatçı-dizayneri Nicat Qəribovdur.

Baxış sayı : 139
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19