2021-10-04 10:10:57 | CƏMİYYƏT
Tbilisi platforması Qarabağda sülhyaratma prosesinə dəstək olacaqmı?

Gürcüstanın Azətbaycanla Ermənistan arasında sülhyaratma prosesinə cəlb olunması təqdir olunası haldır. Çünki Cənubi Qafqazda sabitliyin bərqərar olunmasına töhfə vermək istəyən Gürcüstanın hər iki qonşu dövlətlə normal münasibətləri mövcuddur.

Onu da unutmaq olmaz ki, adıçəkilən dövlət məhz öz ərazisində erməni separatizminin hər zaman təhdidləri ilə üzləşir. Heç şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi həm Azərbaycanın Qarabağ, həm də Gürcüstanın Akhalkalaki bölgəsində erməni separatizminin qarşısını alar.

Digər vasitəçilərdən fərqli olaraq Gürcüstan tərəfi sülhə töhfə vermək işində daha səmimi görünür. Bu ölkənin XİN müavini Laşa Darsaliya jurnalislərlə görüşü zamanı bildirib: “Bizim hədəfimiz regionda sabitliyə, sülhə və Azərbaycanla Ermənistan arasında kommunikasiya xəttlərinin açılışına dəstək olmaqdır. Ona görə, hər iki ölkə ilə danışıqları davam etdiririk”.

Gürsüstanlı nazir müavinin bu fikri Tbilisi platformasının Qarabağda sülhyaratma prosesinə dəstək verəcəyinə inamı daha da artırır. Çünki mövcud vəziyyəti və regionu dərindən bilən Gürcüstan tərəfinin faşizm ideyalarına xidmət edən, separatizmə meylli olan erməni cəmiyyətini başa salmaq, qandırmaq cəhdləri effekt verə bilər. Bir çox siyasi ekspertlər də təsdiqləyir ki, regionda sülhün yaradılması, kommunikasiya xəttlərinin açılışı Ermənistanın xilası ola bilər.

Onu da unutmaq olmaz ki, Tbilisi platforması Azərbaycanın strateji maraqlarına cavab verən mühüm vasitədir.

Əkrəm Bəydəmirli

Baxış sayı : 969
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir