2021-10-03 08:10:37 | QHT VƏ MEDİA
Qarabağ Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

.

“Gənclərin Töhfəsi” İctimai Birliyi Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən 525.az-a bildiriblər ki, oktyabrın 1-də start verilən layihənin donoru Azərbaycan Respublikasının Gənclər Fondu, tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qardabani Gənclər Mərkəzidir.

Layihənin məqsədi 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun hərb meydanında yazdığı qəhrəmanlıq dastanının yeniyetmə və gənc nəsil arasında təbliğ etməkdir.

Layihə çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanda 16-25 yaşlı gənclər arasında rəsm və ya karikatura, videoçarx, fləşmob ssenariləri, esse və gənc jurnalistlər arasında yazı müsabiqələri keçiriləcək.

Bu müsabiqələr ölkəmizin digər regionları kimi, Naxçıvan Muxtar Respublikasında da təşkil olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş müsabiqə qalibləri diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqə qaliblərinin əl işlərinin təqdimatı Azərbaycan üzrə Bakı və Naxçıvanda, Gürcüstan üzrə Tbilisidə, Türkiyə üzrə isə altı bölgədə olacaq. Müsabiqədə iştirak etmək istəyən üç ölkənin gəncləri müsabiqə üzrə əl işlərini şəxsiyyətini təsdiq edən sənədin surətini və əlaqə vasitələrini ölkələr üzrə müvafiq email ünvanlardan (Azərbaycan üzrə musabiqeazerbaycan2021@gmail.com, Gürcüstan üzrə musabiqegurcustan2021@gmail.com və Türkiyə üzrə - musabaka_turkiye2021@hotmail.com) birinə göndərə bilərlər.

Müsabiqə qaliblərinin mükafatlandırılması və təqdimatı noyabrın 1-dən 10-dək mərhələli şəkildə Bakı və Naxçıvanda, Tbilisidə və Türkiyənin altı bölgəsində keçiriləcək.

Rəsm və ya karikatura müsabiqəsi üzrə işlər ağ, qara və yaxud rəngli ola, karandaş və ya boya ilə çəkilə bilər.

Təqdim olunacaq videoçarxın müddəti 3-5 dəqiqə olmalıdır. İştirakçılar videoçarx janrını (videoklip, reportaj, müsahibə və s.) seçməkdə sərbəstdirlər. Hər iştirakçı yalnız bir videoçarx ssenarisi təqdim edə bilər. Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək.

Fləşmobun əhatə müddəti 3-5 dəqiqədən artıq olmamalı, ideya mövzunu əhatə etməlidir. Hər iştirakçı yalnız bir fləşmob ssenarisi təqdim edə bilər.

Esselər 2-5 səhifə həcmində olmalı, “Times New Roman” və ya “Arial” şriftləri ilə 14 ölçüdə olmalıdır. Mətnin həcmi 700 sözdən çox olmamalıdır.

Gənc jurnalistlər arasında yazı müsabiqəsi üçün materiallar nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə olunması səviyyəsinə, analitik keyfiyyətə, faktların və məsələlərin düzgün təhlilinə, faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə və qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına görə dəyərləndiriləcək.

Yazıların həcmi bir A3 səhifəsi, “Times New Roman” şrifti ilə (12 ölçüdə) 9-11 min işarə həcmində olmalıdır. Yazılar çap və onlayn mediada dərc edilməli və “Qarabağ Zəfəri”nin ildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” layihəsi çərçivəsində keçirilən müsabiqədə iştirak üçün yazıldığı qeyd edilməlidir. Məqalələr orijinal olmalı, yəni, ilk dəfə müsabiqə dövründə mediada (Azərbaycan dilində) yayımlanmalıdır. Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək. Hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcək. Yazı istənilən KİV-də işıqlandırıla bilər. Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada oktyabrın 5-dən 20-dək yayımlanmalıdır.

Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetin nüsxəsinin skan versiyası, yazının elektron variantı və yayımlandığı saytın linki mütləq e-poçt ünvanına göndərilməlidir.

Müsabiqəyə beş istiqamətdən yalnız bir istiqamət seçilə bilər. Müstəsna hallar olarsa bu məsələyə təşkilat komitəsi tərəfindən baxıla bilər. Müsabiqəyə daha əvvəl yayımlanmış təkrar işlər təqdim oluna bilməz.

Baxış sayı : 265
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33