SİYASƏT
A- A A+

Qənirə Paşayeva Sivasda Xocalı Soyqırımından danışıb

2015-04-11 09:20:43

Azərbaycanın ən böyük hədəflərindən

Sivasın Cumhuriyyet Universiteti və Türk Ocaqlarının təşkil etdiyi Universitet rəhbərlyinin, müəllim və tələbələrin, Türk Ocakları rəhbərləri və nümayəndələrinin, çoxlu sayda Sivaslının qatıldığı “100-cü ilində erməni məsələsi” adlı konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib və Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva ermənilərin 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ dəədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərdiyini deyən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində yaşayan türk kökənli insanları erməni yalanlarına qarşı daha ciddi mübarizəyə səsləyib. ”Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ dəədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. “Sonda Q.Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün müəllifi olduğu Türkiyə türkcəsində“Hocalı Soykırımı tanıkların dilinden” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin hazırladığı “Azərbaycan həqiqətləri” filmləri kataloqunu tədbir iştirakçılarına hədiyyə edib və gənclərin suallarını geniş şəkildə cavablandırıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1736

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...