CƏMİYYƏT
A- A A+

Azərbaycanlı jurnalistin filmi Avropanın 5 ölkəsində təqdim olunacaq

2016-02-22 09:30:34

Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların taleyindən bəhs edən “Böyüməyən uşaqlar” filmi alman dilinə tərcümə edilərək, Avropa ölkələrində nümayiş olunacaq

Fact-info.az Modern.az saytına istinadən xəbər verir ki, bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev bildirib.

Onun sözlərinə görə, məqsəd Azərbaycanın haqq səsini Avropa ölkələrində yaymaqdır.

Diaspor təşkilatının rəhbəri bildirib ki, alman xarici dilə tərcümə olunandan sonra “Böyüməyən uşaqlar” filmi ilkin olaraq Brüssel (Belçika), Vyana (Avstriya), Vülnüs (Litva), Bern (İsveçrə) şəhərlərində nümayiş etdiriləcək. Daha sonra onun digər ölkələrdə nümayişi də planlaşdırılır.

Bu, Alman Azərbaycan Mədəniyyət Evinin Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində həyata keçirdiyi təbliğat xarakterli tədbirlərdən biridir.

Tədbirlər Alman Azərbaycan Mədəniyyət Evinin və Parlament Jurnalistlər Birliyinin  birgə təçkilatçılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlının ideya və ssenarisi əsasında çəkilən "Böyüməyən uşaqlar" filmi “Xocalıya ədalət” kampaniyası çərçivəsində ərsəyə gəlib.

Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilib.

Filmə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev, Rövşən Rzayev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov dəstək olublar. Filmin quruluşçu rejissoru Cavanşir Eladısoy, rejissoru isə Tural M.Məmmədzadədir. Filmi ingilis dilinə iki xanım çevirib.

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 861

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...