CƏMİYYƏT
A- A A+

İzmirdə "Xocalı" parkı salınacaq

2016-02-22 09:20:58

Türkiyənin İzmir şəhərində İsmət İnönü adına Mədəniyyət Mərkəzində İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumunun təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

APA-nın müxbiri İzmirdən xəbər verir ki, yerli rəsmiləri və şəhər sakinlərinin də qatıldığı tədbirdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Dağlıq Qarabağ münaqişəsində danışaraq bildirib ki, Rusiya bu münaqişədən Azərbaycana və Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir: "Ona görə də Türkiyə bu gün belə bir mövqe ortaya qoymalıdır ki, Rusiya Ermənistana necə dəstək verəcəksə, Türkiyə də Azərbaycana o formada kömək göstərəcək. Rusiya bilsə ki, Türkiyə Azərbaycanın arxasındadır, onda savaşa da başlamaz. Bu gün eyni zamanda Rusiya-Türkiyə münasibətlər gərginləşir və mən əminəm ki, Türkiyə bu durumdan qalib çıxacaq. Türkiyə öz mövqeyini ortaya qoysa, bütün dünya bununla hesablaşacaq".

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev qeyd edib ki, Azərbaycanla Gürcüstanın problemi ortaqdır, belə ki, hər iki dövlətin ərazisi işğala məruz qalıb. Onun sözlərinə görə, hazırda dünyada türklərə qarşı ikili siyasət həyata keçirilir: "Onların hüquqları tapdanır, əsassız iddialara məruz qalırlar. Bu baxımdan biz türk dünyası olaraq gücümüzü birləşdirməliyik".

Əsassız Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey çıxışında forumun məqsəd və fəaliyyətindən danışıb. O qeyd edib ki, forum Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, terrorun pislənməsi və əsassız erməni iddialarının ifşası məqsədilə yaradılıb.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov isə çıxışında beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan Türkiyə ilə birlikdə işğal olunmuş Dağlıq Qarabağı azad etmək istiqamətində səy göstərməlidir.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Xocalı sakini Cavid Əliyev Xocalıda soydaşlarımızın başına gətirilən erməni vəhşiliklərindən danışıb.

Sonra İzmirin "Qarabağlar" rayonunun bələdiyyə başqanı Mühiddin Selvitopu ilə görüş keçirilib.

M. Selvitopu iki ölkə arasında münasibətlərdən, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Azərbaycanın bütün problemlərinin qardaş ölkə olaraq Türkiyənin də problemi olduğunu diqqətə çatdırıb. Bələdiyyə başqanı İzmirdə 300 minə yaxın azərbaycanlının yaşadığını qeyd edib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirmək məqsədilə 5 aydan sonra "Xocalı” parkının açılacağını deyib: "Parkda həm də Xocalı abidəsi qoyulacaq, burada zamanla müxtəlif sərgilərin keçirilməsi də nəzərdə tutulur".

Sonda forum iştirakçıları “Xocalı” parkının yerləşəcəyi ərazi ilə tanış olub, Mustafa Kamal Atatürkün abidəsini ziyarət ediblər.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 996

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...