2021-09-17 11:10:36 | AKTUAL
“BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir

.

“BBC News” televiziya kanalının saytında Azərbaycan zəngin mədəni irsindən bəhs edən “Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azərbaycanın dolğun və çeşidli mədəni irsə malik olduğu bildirilir. Müəllif qeyd edir ki, zəngin və özünəməxsus mətbəx, ənənəvi sənətkarlıq nümunələri və əl işləri, təbiətin gözəlliyi və memarlıq möcüzələri, milli musiqi və incəsənət Azərbaycana ilk dəfə gələnləri ölkəni kəşf etmək üçün haradan başlamaqla bağlı seçimlərində çətinliyə sala bilər.

Qeyd olunur ki, Bakıdan 60 kilometr məsafədə yerləşən Qobustan Milli Tarixi-Bədii Qoruğu və ya “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu turistlər üçün maraqlı ziyarət yerləridir.

Məqalədə Azərbaycanın piti, plov, dolma, qutab kimi milli təamlarına geniş yer verilir. Hər il Göyçayda keçirilən Nar festivalından bəhs olunur.

Oxucuların diqqətinə çatdırılır ki, milli musiqi, rəqslər və rəngarəng xalq nağılları Azərbaycanın qədim mədəniyyət nümunələri hesab olunur. Bəzi milli incəsənət nümunələrinin tarixi min illərlə ölçülür.

Müəllif Azərbaycanda muğam sənətinin inkişafı, UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edildiyini vurğulayır.

Baxış sayı : 162
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19