2021-09-17 09:05:17 | QHT VƏ MEDİA
Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti

.

Üç ilə yaxındır ki, Ağcabədi rayonu üzərində bir kabus dolaşır, polis kabusu. Bəli, bəli, səhv eşitmədiniz, məhz polis kabusu. O polis ki, əhalinin asayişinin, dinc və firavan həyatının qarantı olmalı, qanunun aliliyini, şəxsiyyətin özünün və mülkünün toxunulmazlığını təmin etməlidir. Bəs 140 minə yaxın əhalinin yaşadığı, 20 mindən çox məcburi köçkünün məskunlaşdığı Ağcabədi rayonunda bu baxımdan vəziyyət necədir, insanları hüquq-mühafizə orqanlarından kütləvi narazılıq və etimadsızlığa sürükləyən nədir?

Biz bununla bağlı xeyli müşahidələr apardıq, müxtəlif kəndlərdə yaşayan ayr-ayrı şəxslərlə söhbət elədik, demək olar ki, hamının Ağcabədi rayon Polis şöbəsinin rəisi Ənvər Həsənovun rayonda yaratdığı rüşvətxorluq sistemindən narazı olduğunu, bu adamın vəzifəyə təyin edilməsindən sonra yerli camaatın qara günlərinin başlandığını öyrəndik. Ünsiyyət qurduğumuz adamlar xüsusilə son pandemiya ilində onun özünün ən yaxını hesab etdiyi bəzi polis işçiləriylə qurduğu rüşvət bazarının daha geniş rəvac tapdığını, günü-gündən çiçəkləndiyini bildirdilər. Maraqlıdır ki, bu işdə ən çox fəallıq göstərən, dəridən-qabıqdan çıxan, rəisin etimadını doğrultmaq istəyən adam onun özüylə birbaşa Zəngilandan gətirdiyi eloğlusu, yerlisi və ən sədaqətli adamı Əliyar Həziyev adlı bir şəxsdir. Rəis hansı toy, yaxud yas mərasimindən mümkün qədər çox rüşvət qoparmaq istəyirsə, həmin yerə başının dəstəsiylə mütləq mayor Ə. Həziyevi göndərir.

Sual oluna bilər ki, bu faktlar hardandır və bu, hər hansı şahid ifadələriylə təsdiqlənirmi? Tamamilə doğrudur, çox təəssüf ki, vəziyyət belədir. Məsələn, təkcə bizim yaxından tanıdığımız və mənim doğulduğum Qaravəlli kəndində son bir neçə ay ərzində 3 yas mərasimindən bu kampaniyanın topladığı rüşvət 3500 (üç min beş yüz) manatdan artıqdır. Bu kəndin sakini, ömrü boyu kolxozda və kənd təsərrüfatında çalışmış Dadaşov Xanqulu Xanış oğlunun yas mərasimində mağara hücum edən Əliyar Həziyevin kampaniyası mərhumun oğlu Dadaşov Qaytaran Xanqulu oğlundan 1000 (min) manat, Abdullayev Vüqar İmran oğlunun yas mərasimində atası Abdullayev İmran Fərman oğlundan 600 (altı yüz) manat, rayonda tanınmış riyaziyyat müəllimi Məhərrəmov Hüseyn Nədulla oğlunun yas mərasimində qardaşı Məhərrəmov Rəhim Nədulla oğlundan isə 2000 (iki min) manat rüşvət almışdır. Gördüyümüz kimi, polis mayoru Ə.Həziyev iqtisadi-sosial vəziyyəti fərqli olan müxtəlif ailələrdən müxtəlif miqdarda pul qoparmaq “ixtisasına” ustalıqla yiyələnmişdir. Amma, fikrimizcə, sonuncu “ov” kampaniyasında bir az təcrübəsizlik nümayiş etdirmiş, yəni mərasimdəki adamların dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, rayonda tanınmış müəllim, adlı-sanlı pedaqoq Məhərrəmov Hüseyn Nədulla oğlunun şəhid qardaşı olduğunu nəzərə almamışdır. Bəlkə buna “müfəvvəqiyyətdən baş gicəllənməsi” də demək olardı. Rayonun uzaq-yaxın kəndlərinə bu cür səfərlərdən heç zaman əliboş qayıtmayan Əliyar Həziyev bu dəfə baltanı daha dərindən vurmaq, “qaz vurub qazan doldurmaq” istəmişdir.

Ölkə prezidentinin dəfələrələ öz çıxışlarında bildirdiyi kimi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin prioritet olduğu bir zamanda, görəsən, Ağcabədi rayon polis şöbəsi əhalini niyə bu qədər incidir? Guya pandemiya dövründə karantin qaydalarını pozduqlarına görə sıravi, zəhmətkeş kənd adamlarını bu şəkildə cəzalandırmaq, 500-2000 manatlarla cərimə etmək hansı qanuna əsasən həyata keçirilir? Biz bu barədə çox düşündük, çoxları ilə məsləhətləşdik, ancaq bir nəticəyə gələ bilmədik. Yeri gəlmişkən, adı çəkilən polis şöbəsinin, özəlliklə, mayor Ə.Həziyevin bu kimi “silsilə cərimə əməliyyatları”, yerli əhalini prezident və dövlətdən narazı salmağa hesablanmış qanunsuz hərəkətləri barədə ölkə prezidenti cənab İ. Əliyevə və baş prokuror K.Əliyevə rəsmi şikayət edilmişdir. Hələ ki, heç bir nəticə yoxdur, amma biz Ağcabədidə adi normaya çevrilmiş polis özbaşınalığına, polis rəisi Ə. Həsənov və onun ən yaxın adamı Ə.Həziyevin şişirdilmiş cərimə əməliyyatlarına son qoyulacağına inanmaq istrdik. İnanmaq istərdik ki, bu ölkədə bəzi dövlət məmurlarının şəxsi maraq və iradəsi deyil, hamıdan və hər şeydən yuxarıda dayanan əlahəzrət Qanun hakimdir.

Azerbaycan Millî Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə doktoru Zəkulla Bayramlı

Baxış sayı : 490
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19