MÜSAHİBƏ
A- A A+

Azərbaycanın sərhəd rayonlarında, cəbhə bölgəsinə yaxın yaşayış ərazilərində infrastruktur layihələri həyata keçiriləcək

2016-02-21 18:10:22

Müsahibə

 Bu barədə  Kənd Təsərrüfatı Nazirliyi  yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi Üzrə Dövlət Xidmətinin  Kənd İnvestisiya Layihəsinin əməkdaşı Fərman Həsənov məlumat verib. Fərman Həsənov Fact-info.az saytının bir sıra suallarını  cavablandırır:

-Layihələriniz və bu iqtisadi proqramların əhatə dairəsi haqqında nə deyə bilərsiniz?

-Keçən əsrin 90-cı illərinin ortalarından Azərbaycan özünün siyasi sabitlik və iqtisadi inkişaf mərhələsinə qədəm qoydu.Yeni bazar iqtisadiyyatının tələblərinə uyğun  layihələrin icrasına başlandı.  Uğurla həyata keçirilən iqtisadi proqramlar arasında Kənd Təsərrüfatı Nazirliyi   tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin  xüsusi yeri var. Bu layihə ilkin olaraq  Azərbaycan hökuməti və Dünya Bankı arasında 23 sentyabr 2004-cü ildə bağlanmış sazişə əsasən   respublikanın 3 zonasında həyata keçirildi. Bu illər ərzində 3 zonada 340 layihə həyata keçirilərək xeyli sayda kənd əhalisinin yaşayış səviyyəsinin yaxşılaşmasına səbəb oldu. Sonra  bizim  layihəmizin çevrəsi xeyli genişləndi. Azərbaycanın bütün bölgələrini əhatə etməyə başladıq. Həyata keçirilən layihələrdə  Azərbaycanın regionlarında  infrastuktun yaranması,  yaşayış yerlərində yol çəkilışləri, sosial obyektlərin tikintisi, bərpası  və digər  işlər görüldü.  Azərbaycanın regionlarında  infrastrukturun yaxşılaşdırılmasında bizim layihələrimiz mühüm mərhələ oldu.

 -Sərhədyanı bölgələrdə infrastruktur  layihələri həyata keçirilirmi?

-Hal-hazırda  cəbhəyə yaxın ərazilərimizdə,  o cümlədən  Füzuli rayonlarının Azərbaycanın nəzarətində olan  kəndlərində belə infrastruktur layihələrinin gerçəkləşməsi planlaşdırılır. Ancaq Ağdam bır sıra yaşayış məntəqələrində   bizim layihələrimiz icra olunur. Cəhbə bölgəsi olmasına baxmayaraq  infrastrukturun yaxşılaşması nəticəsində yerli əhali kənd təsərrüfatı işləri ilə fəal şəkildə məşğul olurlar. Guman edirik ki, bu proses daha da genişlənəcək.

-Beynəlxalq maliyyə institutlarının  həyata keçirdiyiniz layihələrin reytinqi ilə  bağlı mövqeyi necədir?

-Heç şubhəsiz  bizim layihələrimizə geniş nəzarət mexanizmi var. Dünya Bankını monitorinq qrupu  bu layihələr haqqında  mütəmadi olaraq  hesabat hazırlayırlar. Kənd İnvestisiya Layihəsi ən reytinqli layihələr hesab olunur. Dünya Bankının hesabatında  bu məqamlar dəfələrlə  qeyd olunub. Onu da qeyd edim ki, bizim uğurlu təcrübəmizin geniş yayılmasını xarici ekspertlər tövsiyə edirlər. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) Azərbaycanda 10 ildən artıq müddətdə fəaliyyət göstərir. Bu dövr ərzində AzKİL 1500-dən çox sosial və iqtisadi yönümlü infrastruktur layihələri həyata keçirərək kənd sakinlərinin bu infrastrukturlara çıxışı və istifadəsini yaxşılaşdırmış, eləcə də kənd yerlərində ailələrin iqtisadi imkanlarını genişləndirmişdir. AzKİL  Kənd Təsərrüfatı Nazirliyinin vacib layihələrindən biri olaraq son dövrlərdə icmalarda pilot gəlirgətirən layihələr həyata keçirməklə də ailələrin iqtisadi durumlarında xeyli irəliləyişlərin baş verməsinə nail olmuşdur. Bu prosesin məntiqi davamı olaraq isə AzKİL, Kənd Təsərrüfatı Nazirliyinin xüsusilə dəstək verdiyi Heyvandarlıq Südçülük Kooperativlərinin icmalarda təşəkkül tapmasına da öz töhfəsini verməkdədir.

-Hazırda qeyri neft sektoruna diqqət xeyli artıb. Necə düşünürsünüz həyata keçirilən bu layihələr regional iqtisadiyyatın inkişafına müəyyən qədər təkan verə bilərmi?

-Heç şübhəsiz ki, bu layihələrin əsas məqsədi ondan ibarətdir ki, qeyri neft sektoru inkişaf etsin. Regionlarda inkişafa nail olmaq üçün  həmin bölgənin infrastrukturu formalaşmalıdır. Əyalətdə bu proseslər genişləndikcə  sahibkarlığın fəaliyyəti üçün geniş şərait yaranır. Bütün bunlarda regional iqtisadiyyatın formalaşmasına kömək edən amillərdən biridir. Onu deyim ki,  bizim layihənin uğurları AzKİL-in  əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərinin, kənd sakinlərinin və bələdiyyələrin ciddi marağına səbəb olmuşdu.  Kənd Təsərrüfatı Nazirliyinə    layihənin  həmin rayon və kəndlərdə də həyata keçirilməsi barədə çoxsaylı məktublar daxil olmuşdur. Məhz AzKİL-in uğurlu fəaliyyəti nəticəsində  Azərbaycan hökuməti və Dünya Bankı arasında 20 aprel 2009-cu ildə onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması bərədə AzKİL üçün “Əlavə Maliyyələşdirmə ” Sazişi bağlandı. Layihənin fəaliyyət zonası Naxçıvan qalmaqla Şimal (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və Şimal-Qərb (Bərdə, Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy) zonalarına qədər genişləndi.

-Bu layihələri icra edərkən inkişaf etməkdə olan ölkələrin təcrübəsindən necə bəhrələnirsiniz?

-Təcrübə mübadiləsini hər zaman genişləndiririk.  Bizim Hindistanla və digər ölkələrlə belə təcrübə mübadiləmiz olub. Qarşılıqlı səfərlər mütəmadi olaraq təşkil olunur. Hətta beynəlxalq maiyyə institutlarının ekspertləri bizim  təcrübəmizin  geniş yayılmasını tövsiyə edirlər.

 

Fact-info.az 

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1249

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...